YAP rayon və zəhər təzkilatları sədrlərinin ümumrespublika müzavirəsi keçirilib

img

07-08-2010 [02:33]


Avqustun 7-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. YAP Sədrinin müavini ? İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov müşavirəni qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar olduğunu bildirib. Sentyabrın 8-də parlament seçkilərinə rəsmi start veriləcəyini bildirən YAP Sədrinin müavini deyib ki, indiyə qədər partiya və onun yerli təşkilatları tərəfindən seçki proqramının ayrı-ayrı elementləri ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. ?Hesab edirəm ki, qarşıdan gələn seçkilər partiyamızın böyük uğuru ilə yadda qalacaq. Bizim seçki strategiyamız ona yönəlib ki, 2005-ci il seçkiləri ilə müqayiəsədə daha böyük uğurlar qazanaq? - deyə YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədovun sözlərinə görə, YAP-ın qarşıdan gələn parlament seçkilərində daha böyük nəticələr əldə etməsini şərtləndirən amillər mövcuddur: ?Ötən 5 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət böyük uğurlar qazanıb. Bu səbəbdən də ölkə vətəndaşları Prezident İlham Əliyevi qətiyyətlə dəstəkləyir. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün regionlarımızda böyük abadlıq və quruculuq işləri həyata keçirilir, bölgələrimiz xeyli dərəcədə müasirləşir, gözəlləşir. Həmçinin, YAP-ın da ötən 5 il ərzində ictimai nüfuzu və dəstəyi xeyli güclənib. Bütün bunlar namizədlərimizə olan müsbət münasibəti də formalaşdıracaq səbəblər sırasındadır?. YAP Sədrinin müavini xatırladıb ki, 2005-ci ildə partiya üzvlərinin sayı 400 min nəfərdən aşağı idi isə, hazırda bu göstərici 500 min nəfərdən artıqdır. Onun fikrincə, YAP-da kəmiyyət və keyfiyyət göstəriciləri də qarşıdan gələn parlament seçkilərində böyük uğur qazanmasını şərtləndirən səbəblərdəndir. Əli Əhmədov əmin olduğunu bildirib ki, partiyanın rayon və şəhər təşkilatları da öz resuslarını səfərbər edəcək və bu, parlament seçkilərində istənilən nəticənin əldə olunmasında özünün müsbət rolunu oynayacaq. Müşavirədə həmçinin YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək seçki ilə bağlı qarşıda duran vəzifələri partiyanın rayon və şəhər təşkilatları sədrlərinin diqqətinə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA