Fuad Qəhrəmanlı: ?Tapdıq Abbasın hərəkətləri qınanılası məsələdir?

img

07-08-2010 [12:47]


?Müsavatla AXCP arasında vahid seçki siyahısının yaradılması ilə bağlı müzakirələr gedir. Bu müzakirələr də hələlik yeknlaşmayıb, vahid siyahı da hazır deyil. Hər bir dairə üzrə müxtəlif variantlar götür-qoy edilir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mərhum prezident Heydər Əliyevin məzarı önünda baş əyən Müsavat Məclisinin üzvü Tapdıq Abbasın namizədliyini dəstəkləyib-dəstəkləməyəcəklərinə münasibət bildirərkən deyib. F.Qəhrəmanlı bildirib ki, AXCP sədri Əli Kərimli tərəfindən Müsavat Partiyasını artıq 30 yer güzəştə gedilə biləcəyi ilə bağlı təklif olunub: ?Hələləik biz İsa bəyin bununla bağlı cavabını gözləyirik. Kimlərin bu siyahıda yer alacağı, kimlərin yer almayacağı məlum deyil. Bunların hamısı müzakirə olunacaq. Bu müzakirələrdə ən müxtəlif məqamlar, hər bir şəxsin reputasiyası nəzərə alınacıq. Konkret şəxslərlə bağlı fikir söyləmək o zaman mümkün olacaq ki, bu müzakirələr yekunlaşmış olsun. Şəxsən bizim mövqeyimizi öyrənirsinizsə, Tapdıq Abbasın hərəkətləri qınanılası məsələdir. Onun bu addımını təqdir etmirik və hesab edirik ki, Müsavatda da bu mövqe təqdir olunmadığına görə xəbərdarlıq edilib. Hesab edirik ki, bu addım ümumi müxalifətin mövqeyinə ziddi və bunu qətiyyətlə qınayırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA