Sentyabrda Azərbaycanda ?AGRi? layihəsinin dəstəklənməsi üzrə zirvə görüzü keçiriləcək

img

06-08-2010 [02:26]


Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya arasında ?AGRİ? (Azerbaijan-Georgia-Romania İnterconnector) layihəsinin dəstəklənməsi üzrə zirvə görüşü keçiriləcək. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sammitdə Bakı bəyannaməsinin imzalanması gözlənilir. Birgə bəyannamənin razılaşdırılması məqsədi ilə sentyabrın 6-da ekspertlərin, ayın 13-də isə üç dövlətin müvafiq nazirliklərinin rəhbərlərinin görüşləri keçiriləcək. Rumıniya, Azərbaycan və Gürcüstan arasında ?AGRİ? layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu aprelin 13-də Buxarestdə imzalanıb. ?AGRİ? layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Gələcəkdə Azərbaycan qazını Avropa İttifaqına üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA