17-08-2017 [14:15]
Ali məktəblərə ixtisas seçimi yekunlaşıb və sənəd qəbulu başlayıb. Ali təhsil müəssisələrinə qəbul olunanlar arasında ailəsi regionlarda yaşayan gənclərin də sayı kifayət qədərdir.
Bu da həmin tələbələrin mənzil problemini gündəmə gətirir. Çünki rayonlardan gələnlərin əksəriyyətinin kirayədə qalmağa maddi imkanı olmur. Bəzi ali təhsil müəssisələri isə müxtəlif səbəblərdən öz tələbələrini yataqxana ilə təmin edə bilmirlər.
Mia.az xəbər verir ki, Report saytı Bakıda fəaliyyət göstərən universitetlərin yataqxanalarının vəziyyəti ilə maraqlanıb:
Azərbaycan Dillər Univeristetindən (ADU) bildirilib ki, ali təhsil müəssisəsinin oğlan və qızlar üçün ayrıca iki yataqxanası var:
"Oğlanlar üçün yataqxanada qaçqınlar və məcburi köçkünlər məskunlaşıb. Qızlar üçün yataqxananın iki blokunda qaçqınlar və məcburi köçkünlər yaşayır, iki blok isə tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Burada 200 tələbənin qalması üçün bütün imkanlar var. ADU-da yuxarı kursda təhsil alan tələbələr istənilən vaxt yataqxanada qalmaq üçün müraciət edə bilərlər. Ali təhsil müəssisəsinə yeni qəbul olunan qızlar isə qeydiyyatdan keçdikdən sonra ərizə ilə rəhbərliyə müraciət etməlidirlər. Eyni zamanda yaşayış yerindən və ailə tərkibi haqqında arayış da təqdim edilməlidir. Yataqxanada qalan tələbələr üçün aylıq ödəniş 20 manatdır. Ancaq hər bir tələbənin yataqxanada qalması 75 manata başa gəlir. Bunun 55 manatını universitet öz üzərinə götürüb, 20 manat isə tələbələr tərəfindən ödənilir. Yataqxanadakı mənzillər 2-3 otaqlıdır. Hər otaqda bir nəfərin qalmasına icazə verilir. Rektor Kamal Abdullanın təşəbbüsü və göstərişi ilə hazırda qızlar üçün yataqxanada gözəl bir kitabxana tikilir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata görə, ali məktəbin 5 yataqxanası var:
"Həmin yataqxanaların dördündə məcburi köçkünlər məskunlaşıb. Yalnız 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbə yerlə təmin edilə bilər”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) isə ali təhsil müəssisəsinin 300 nəfərlik yataqxanasının olduğu qeyd edilib. Universitetdən bildirilib ki, yataqxanada bir otaqda 3 nəfər qala bilər:
"Seçimi Tələbə Həmkarlar İttifaqı Komitəsi edir və daha çox sosial vəziyyəti aşağı olan tələbələr seçilir. Ancaq ümumilikdə əcnəbi tələbələr qalır. Yataqxanada qalan hər bir tələbə üçün aylıq ödəniş 30 manat təşkil edir. Qızlar və oğlanlar eyni binada qalsalar da, mərtəbələr ayrıdır. Gələn ilin sentyabrından 1000 nəfərlik yeni yataqxana istifadəyə veriləcək. Qiymətlərlə bağlı heç bir dəyişiklik gözlənilmir”.
Azərbaycan Tibb Universitetinin (ATU) 6 yataqxanası var: "Onlardan birində məcburi köçkünlər məskunlaşıb. Digərlərinin isə ümumi tələbə tutumu 1300 nəfərdir. Son iki ildir ATU-nun yataqxanası ödənişlidir. Hazırda ödəniş haqqı aylıq 60 manatdır. Yataqxana təmirdən təzə çıxdığından şəraiti yaxşıdır. Oğlan və qızların qaldıqları binalar ayrıdır. Hər iki cinsdən olan əcnəbi tələbələ isə mərtəbələri ayrı olmaqla eyni yataqxanada qalırlar. Yataqxana üçün qəbul iyulun 10-dan başlayıb. Otaqlar 1 və 4 nəfərlik olmaqla ayrılır”.
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri isə yeni tədris ilində yeni inşa olunan kampusun 400 çarpayılıq Tələbə evində qalacaqlar: "Tələbə evinin iki ayrı çıxışı var. Bu da qız və oğlan tələbələr üçün girişin fərqli olacağı deməkdir. Artıq yataqxana üçün müraciət edilib və bütün yerlər tutulub".
Azərbaycan Texniki Universitetin (AzTU) yataqxanası 5 korpusdan ibarətdir: "Hazırda yataqxanaların dördündə məcburi köçkünlər yaşayır. Onlardan yalnız birində təxminən 80 nəfər tələbə qala bilir. Bir otaqda 4 tələbənin qalması üçün şərait var. Burada yalnız oğlan tələbələr qalır. Tədris ilinin başlanğıcından tələbələr ərizə ilə müraciət edə bilər. Yataqxana ödənişsizdir. Universitet öz imkanı hesabına xərcləri ödəyir".
Bakı Slavyan Universitetinin (BSU) isə 3 saylı qızlar yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxananın 2-4-cü mərtəbələri tamamilə tələbələrə məxsusdur. Birinci mərtəbədə məcburi köçkünlər məskunlaşıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 5 yataqxanası olsa da, hamısında məcburi köçkünlər məskunlaşıb və buna görə də tələbələrə yataqxana xidməti təklif edə bilmir.
Sumqayıt Dövlət Universitetində (SDU) eyni vəziyyətdir. Yəni yataqxanası olsa da, məcburi köçkünlər məskunlaşdığından heç bir tələbə qalmır.
Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, ali məktəb bu il tələbələrini yataqxana ilə təmin edə bilməyəcək. Belə ki, universitetin yataqxanalarında vaxtilə məcburi köçkünlər məskunlaşmışdı. Lakin bir neçə il əvvəl onlar Müşfiqabad qəsəbəsinə köçürüldükdən sonra yataqxana binaları tamamilə sökülüb: "Planda yeni yataqxananın inşası nəzərdə tutulur və layihə də hazırdır. Kompleks şəhərciyin tikilməsi planlaşdırılan yataqxanalarda 5-6 min tələbə yaşaya biləcək".
Eyni vəziyyət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də yaşanır, yəni ali təhsil müəssisəsinin yataqxanasında məcburi köçkünlər yerləşdirildiyindən tələbə qəbul edilmir.
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)