II Beynəlxalq Musiqi Festivalına yekun vurulub

img

06-08-2010 [11:35]


Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən II Beynəlxalq Musiqi Festivalı başa çatıb. Festivalın sonuncu günü Böyük Britaniyanın dünya şöhrətli London Kral Filarmonik Orkestrinin növbəti konserti olub. Orkestrin solistlərini məşhur amerikalı pianoçu və dirijor Dmitri Yablonski və dünya şöhrətli rusiyalı pianoçu Boris Berezovski müşayiət edib. Konsertdə bəstəkar Sergey Rahmaninovun ?Fortepiano və orkestr üçün konsert? və ?2 saylı simfoniya? əsərləri səsləndirilib. Sonda Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək II Qəbələ Festivalının uğurla keçdiyini bildirib. Festival möhtəşəm atəşfəşanlıqla başa çatıb. Xatırladaq ki, on iki gün davam edən festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçirilib. Yerli və əcnəbi klassik musiqi həvəskarları ABŞ, Kuba, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilərin, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi dünya şöhrətli korifeylərin, festivalın fəxri qonağı olan Böyük Britaniyanın Kral Flarmonik Okestrinin ifasında ölməz əsərlər dinləyiblər. Festival çərçivəsində gənc musiqiçilər üçün ustad dərsləri keçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA