«Vaxtiylə Heydər Əliyevdən «politbüro»ya «donos» yazanlar, indi yuxarı başda oturub» - İttiham

img

15-08-2017 [16:28]


Son illər köhnə qvardiyanın nümayəndələrinə qarşı soyuq münasibət daha da genişlənib. Bu da bəzi şəxslərin narazılığı ilə qarşılanıb.

Bu barədə fikirlərini Mia.az-la bölüşən MMP sədri Hafiz Hacıyev deyib ki, son illər ölkədə elə bir ideologiya formalaşdırıblar ki, kim Azərbaycan dövlətini sevirsə, o, acından ölməlidir, kim dövlətə, dövlət başçısına sadiqdirsə, küçələrdə qalmalıdır. Onun sözlərinə görə, dövlətə, Heydər Əliyevə xəyanət edənlər bu gün irəli çəkilir:

«Bu, çox iyrənc ideologiyadır. Amma biz bu ideologiyaya qarşı mübarizə aparacağıq. Biz hər zaman dövlətçilik yolunda əziyyət çəkmişik. Heydər Əliyevin hakimiyyətə qayıtması üçün əziyyət çəkənlər olaraq, deyə bilərəm ki, bu əziyyətlərimizin qarşılığında ancaq əzab çəkmişik. Vətəni sevənlər kənarda qalıb, amma xəyanətkarlar üzdədir. Rəhmətlik dədəmiz Heydər Əliyevi hakimiyyətə gətirmək üçün çalışdığımıza görə bizləri israrlı şəkildə təhqir edənlərin hamısı bu gün vəzifə başındadırlar. Bəli. Vaxtiylə Heydər Əliyevdən «politbüro»ya «donos» yazanlar, indi yuxarı başda oturub. Şəxsən mənim Moskvada Heydər Əliyevlə görüşüb onunla müzakirə aparmağım gizli məsələ deyil. Biz istəyirdik ki, Azərbaycan dövlətçiliyi əldən getməsin. Amma aeroportda onun qarşısını kəsmək istəyənlər bu gün nazirdir, baş nazirin müavinidir. Elə bir insanları məcbur edirlər ki, sən bu dövlətə, millətə xəyanət elə, yaxşı yaşa. Mən faktlarla danışmaq istəyirəm. O vaxt baş prokuror Əli Ömərovla Şadman Hüseynov Heydər Əliyevin Bakıya gəlməsinə çalışanda indiki «Qaçqınkom»un sədri Əli Həsənov onlara deyib ki, niyə bu adamı gətirməyə çalışırsız. İndi Əli Həsənov hardadır, Əli Ömərov hardadır? Düzdür, Əli Ömərov məni həbs edənlərdən biri olub, amma haqqı demək lazımdırsa, onun bu dövlət üçün əziyyəti böyükdür. Bu adam indi kənarda qalıb, heç doğum günlərində adi təbrik belə etmirlər. Ancaq bu hakimiyyətin, Heydər Əliyevin əleyhinə olan adamlar təltif olunur. Əli Ömərovun 70 illik yubileyi gəlir. Görək YAP-dan onu kimsə təbrik edəcəkmi? Əslində, onun haqqı var. YAP-dakılar bu haqqı tanımırlar. Amma vaxtiylə İsa Qəmbərin yanında olan, Heydər Əliyevə sonra da İlham Əliyevə qarşı kampaniyalar aparan adama yaşıl işıq yandırırlar, mandat verdilər, indi də təltif edirlər. Belə çıxır ki, dövlətə xəyanət edənlərin yaxşı vəzifəsi olmalıdır, pulu olmalıdır, lyuks həyat yaşamalıdır. Belə olan halda dövlətçiliyə sadiqlik ənənəsi itir».
2015-12-03-15-41-23hafiz-555.jpg (600×392)

MMP sədri onu da vurğulayıb ki, hakimiyyətdə yüksək vəzifədə təmsil olunanların böyük əksəriyyəti Heydər Əliyevin əleyhinə işləyən adamlar olub, bu gün oğlu İlham Əliyevə xəyanət edirlər: «Prezidentə yalan məlumatlar verirlər. Ətrafındakılar istəmirlər ki, real vəziyyəti bilsin. Nə zaman Prezidentin xəbəri olur, o dəqiqə müdaxilə edib məsələni həll edir. Prezident idmançılara qayğı göstərir, amma bu sahəyə nəzarə edən adamlar, idmançıları dövlət başçısının üzərinə qaldırırlar. Mənə deyirlər ki, sən Heydər Əliyevin, indi də İlham Əliyevin müdafiəsinə qalxmısan, nə qazanmısan? Mənim hansı vəziyyətdə yaşadığımı bilənlər qaxınc edirlər. «91-lər»in üzvlərindən bəziləri gəlib mənə deyirlər ki, nə edək? Görün, qeyd elədim ideologiya necə qurulubsa, Heydər Əliyevin ən böyük silahdaşları mədət umurlar. Bu gün də hakimiyyətdə oturub, İlham Əliyevin əleyhinə işləyənlərə milyardlar qazanırlar, dövran sürürlər. Əgər bilmirlərsə, məndən soruşsunlar, bütün detalları ilə deyim. Baş nazirin müavini 1700 manat maaş alır, nəvəsinin bir neçə milynluq maşın kolleksiyası var. Bunun hesabını sormaq lazımdır. Əziz qardaşım İlham Əliyev dəfələrlə deyib ki, ictimai nəzarəti gücləndirin. Mən də onun dediklərinə əməl edirəm. Mən danışıram, amma o biri tərəfdən mənə zəng edib təhdid edirlər. İcra başçısı hardan alır o qədər pulu ki, Almaniyada ermənilərlə poliklinika tikir. Niyə çağırıb soruşmurlar ki, hansı icra başçısını deyirsən? Əgər mənim bu fikirlərimi köməkçiləri qardaşıma çatdırsalar, zamanında tədbir görər. Nazirlər haqq verirlər ki, prezidentə məlumat çatdırılmasın. Amma bizi ac-susuz qoysalar da, bu yoldan əl çəkməyəcəyik».

Müsahibimiz başqa məqamlara da toxunub: «Hakimiyyətdəkilərin çoxunun milli kimlik problemi var. Nazir var ki, Azərbaycanın himnini bilmir, öz dilimizə həqarətlə yanaşır. Belə adamdan hansı dövlətçilik gözələmək olar? Bir nazir övladı göstərin ki, hərbi xidmət keçsin. Yoxdur. Bütün bunlara görə də nizam tərəzisi pozulub. Maraqlı bir məqam da odur ki, sanki prezident seçkiləri öncəsi camaatı ölkə başçısınım üzərinə qaldırırlar. Təbii ki, bu da planlı şəkildə həyata keçirilir. Prezidentə müraciət edirəm ki, ətrafını təmizləmək barədə düşünsün. Onlar da unutmasınlar ki, mən İlham Əliyevi müdafiə xəttindən geri çəkilən deyiləm».






Digər xəbərlər
SON XƏBƏRLƏR