Azərbaycanlı idmançı dünya birincisi oldu - Tarixə düşdü / FOTO/VİDEO

img

11-08-2017 [11:10]


Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev Londonda davam edən atletika üzrə dünya çempionatında qızıl medal qazanıb.

Ramil 200 metr məsafəyə qaçışda finişə hamıdan birinci çatıb. Onun göstəricisi 20:09 olub.
Qələbədən sonra Ramil gözyaşlarına hakim ola bilməyib.
Bu, Türkiyənin Dünya Atletika Çempionatlarında ilk qızıl medalı kimi tarixə düşüb.
20:11 saniyə ilə Cənubi Afrikalı atlet Veyd Van Niekerk gümüş medal qazanıb. Eyni nəticəni göstərən Trinidad və Tobaqo təmsilçisi Cerim Riçards isə bürünc medala sahib olub. O, saniyənin mində biri qədər fərqlə gümüş medalı ədən verib.

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının qalibi olub.

O, qələbəni Azərbaycan və Türkiyə bayrağı ilə qeyd edib(BakuPost.az).







Digər xəbərlər
SON XƏBƏRLƏR