DAK Gənclər Təzkilatı Milli Qəhrəmanımızın meyitinin qaytarılması ilə biğlı bəyanat verib

img

04-08-2010 [01:47]


?Bir neçə gün öncə erməni vandalizmini sübut edən növbəti hal baş verdi. Mübariz İbrahimovun Şəhid edildikdən sonra çəkilmiş cəsəd şəkillərinin yayılması ermənilərin növbəti yalanı ortaya çıxardı. Rusiyanın sosial şəbəkələrin birində Tayler Yan adlı erməninin həmin rəsimləri yayımlaması həm beynəlxalq qanunlar və insan hüquqları prinsipinə, həm də istənilən milli-mənəvi dəyərlərə ziddir. Şəhidin cəsədinə qarşı bu cür qeyri-insani şəkildə rəftar olunması və həmin rəsimlərin yayılması bir daha erməni riyakarlığının və çirkin əməllərinin açıq nümunəsidir?. Müstəqil İqformasiya Agentliyinin xəbərinə görə, bu fkirlər Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı olaraq tarixən olduğu kimi bu gündə Azərbaycana qarşı çirkin əməllərindən və şovinist siyasətindən əl çəkməyən erməni qəsbkarlarına qarşı bütün qurumları səfərbərliyə çağırırıq. Milli qəhrəmanımız Mübariz İbrahimovun cəsədinin qaytarılması istiqamətində hər kəsdən aktivliyi artırmağı tələb edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA