08-08-2017 [17:49]
"Baş nazirin müavini, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi dəhşətli qəza artıq hüquq müstəvisindən çıxaraq, siyasi, bəlkə də beynəlxalq aksiyaya çevrilib. Türkiyə Xarici işlər nazirinin rəyinin öyrənilməsi məsələyə belə qiymət verməyə əsas yaradır”.
Bu sözləri Mia.az-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri, tanınmış politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, Baş nazirin müavinin nəvəsinin törətdiyi əməlin adı cinayətdir və bu barədə hüquq mühafizə orqanları, məhkəmə tərəfindən müvafiq qərarlar veriləcək:
"Amma o da nəzərə alınmalıdır ki, Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin əlavə iki bəd əməli var.
Birincisi, kifayət qədər həyat təcrübəsi olmadan və lazımi riskləri nəzərə almadan istəklisi çox olan qıza nişanlanmaqla o baş verən hadisələrə zəmin yaratmış ola bilər. Mümkündür ki, qızın istəkliləri arasında yaranmış rəqabət belə faciəyə gətirib çıxarıb.
İkincisi, Nail Allahverdiyev Azərbaycan dövlətçiliyi qarşısında xüsusi xidməti olan babasına ciddi zərbə vurdu. Əli Həsənovun bir baba kimi bütün bu təhlükələri hiss etməsi və vaxtında tədbir görməsi arzuolunan idi”.
Politoloq daha sonra deyib ki, Əli Həsənov Azərbaycanın nüfuzlu məmurlarındandır, yaxşı və pis parametrlər ondan yan keçməyib. Amma Əli Həsənov var dövləti və harınlığı ilə ad çıxarmış məmurların sırasında deyil:
"Hal-hazırda ona qarşı başlanan prosesdə bu məqam daha təhlükəli görünür. Ola bilər, onu ittiham edən qüvvələr daha artıq rüşvətə bulaşmış şəxslər tərəfindən idarə olunan qüvvələr olsun. Baş nazirin müavini Ə.Həsənova qarşı kampaniyanın hələ də davam etməsi onu göstərir ki, kimlərsə ölkə Prezidentini Əli Həsənovla bağlı sərt qərar verməyə vadar edən şərait yaratmaq istəyir”.
SİTM sədri qeyd edib ki, Əli Həsənov məmur olmaqla yanaşı, həm də onun üstündə xüsusi missiya var və bu missiyanın sahibi Prezidentin özüdür:
"Prezident onu YAP-a müavin gətirdi. Mehriban xanım YAP-ın sədr müavinliyinə təyin edildikdən bir az keçmiş, YAP-ın icra katibi Əli Əhmədov həm də Baş nazirin müavini təyin edildi. Hakim partiyanın hakimiyyətlə qaynayıb-qarışması prosesinin Baş nazirin müavini Əli Həsənovdan başlanmasını təsadüfi hesab etmirik. "Qayıdış planı”nın ideya müəllifi ölkə Prezidentidir. Bu planı işləyib hazırlayan isə Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdur. Heç bir məcburi köçkün çadır şəhərciyində yaşamayacaqdır” tezisinin müəllifi də Ölkə Prezidentidir. O, bu tezisin reallaşdırılmasını Əli Həsənova tapşırıb. Ölkə Prezidentinin Qarabağ siyasəti istiqamətində Əli Həsənova xüsusi istinad etməsi göz qabağındadır. Torpaqlar azad edildikdən sonra qaçqınların öz yerlərinə qayıtmasının 1001 problemi var. Bu məsələlərin hamısının pərdəarxası məsuliyyəti Əli Həsənovun üstündədir”.
M.Əhmədoğlu vurğulayıb ki, məmurların övladlarının yaratdığı kataklizmlər daha bir tərəfi ilə təhlükəlidir. Onlar avtoqəza törətdikdə yada düşürlər. Əslində normal xidmət edən məmur övladları hədsiz çoxdur, amma bir qrup məmur övladı avtoqəzasız da gündəlik fəaliyyətində də dövlətçilik üçün kifayət qədər problemlər yaradıblar:
"Ona görə Prezidentin ölkənin yüksəkçinli məmurlarının ildə bir dəfə övladlarının fəaliyyəti barədə hesabat verməsi praktikasını müəyyənləşdirməsi də çox yaxşı olardı.
Əli Həsənov ortada olmaqla məmurların bir-birinə qarşı mübarizəsinin daha iki təhlükəsini qeyd etmək istəyirik. Bir qrup məmur hal-hazırda sanki sosial partlayış uğrunda vurnuxur. Bakının Höküməli kəndinin qazı heç bir əsaslı səbəbi olmadan kəsilib. Eləcə də Bakı şəhərinin az qala yarısının qazının kəsilməsini göstərə bilərik.
Belə vəziyyətdə Prezidentin kursunda, dövlətçilik xəttində olanlar məmurlararası ədavətin qızışmasına deyil, sakitləşməsi istiqamətində fəaliyyət göstərməlidir”.
Politoloq onu da qeyd edib ki, Əli Həsənovla bağlı digər məsələ isə onun Narkomaniyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədrinin olmasıdır:
"O, bir neçə il bundan əvvəl mətbuata açıqlanmasında bəzi məmurların, onların övladlarının narkotik maddələrdən istifadə etməsi ilə bağlı məlumatlara malik olduğunu bildirmişdi”.
M.Əhmədoğlu sonda məmurları Baş nazir Artur Rasizadə və PA rəhbəri, akademik Ramiz Mehdiyevdən nümunə götürməyi çağırıb: "Sanki bu iki şəxsin övladları və nəvələri yoxdur. Amma Azərbaycan dövlətçilik tarixində özlərinə aid şərəfli yerləri artıq var”.
Mia.az
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb