Cərimə meydançasında olan maşınlar yandı

img

05-08-2017 [12:42]


Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus 6 saylı cərimə meydançasında yanğın olub.

Mia.az APA-ya istinadən xəbər verir ki, meydançada saxlanılan, "Chevrolet" markalı, 10 PK 486 dövlət nömrə nişanlı avtomobil yanıb.

Yanğın nəticəsində həmin avtomobilin yaxınlığında olan "Ford" və "Toyota" markalı maşınlara da ziyan dəyib.
Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA