“Nar” kiçik həcmli internet paketlərini də limitsiz edib - İstifadə üçün nə etmək lazımdır?

img

04-08-2017 [17:22]


Abunəçilərin yay mövsümündə mobil internetdən daha rahat istifadəsini təmin etmək məqsədilə, "Nar” Turbo paketlərində interneti limitsiz etdi. İndi "Turbo XS”, "Turbo S” və "Turbo M” paketlərini əldə edən abunəçilər ölkənin hər yerində yüksək sürətli "Nar” internetindən yararlana bilər.

Şirkətdən Mia.az-a verilən məlumata görə, paket çərçivəsində təqdim olunan data trafik sərf olunarsa, paketin istifadə müddətinin sonuna qədər internet bağlantısı kəsilmir.
 
"Turbo XS” (60 Mb), "Turbo S” (200 Mb) və "Turbo M” (600 Mb) paketlərindən yararlanmaq üçün "+XS”, "+S” və ya "+M” yazaraq 777 nömrəsinə SMS göndərmək lazımdır. Paketlərin dəyəri müvafiq olaraq 1, 2 və 3 manat təşkil edir.
 
Qeyd edək ki, "Nar”ın təqdim etdiyi bütün paketlərdə internet limitsiz olduğuna görə, paketin həcmi bitdikdən sonra, istifadə müddətinin sonuna qədər, abunəçilərin balansı toxunulmaz qalır, yalnız internetin sürəti məhdudlaşdırılır. Paketin istifadə müddəti bitənə qədər abunəçilər "WhatsApp” və digər "messencer”lərdən tamamilə pulsuz və rahat istifadə edə bilər.
 
Həmçinin, internet bağlantısı saxladığına görə, mobil operator trafik bitdikdən sonra abunəçilər üçün yarana biləcək gözlənilməz xərclərin qarşısını alır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA