27-07-2017 [11:03]
Yasamal rayonu, Zahid Xəlilov küç. 36A, 36B, 36V, Əhməd Cəmil küç. 23, 25, 27 və Şəhriyar küç. 5 ünvanında yaşayan sakinlər rayonun keçmiş icra başçısı İbrahim Mehdiyevin verdiyi sərəncamdan şikayətçidirlər.
Sakinlər bildirib ki, həyətlərində yaşıllıqların məhv edilərək hündürmərtəbəli binaların tikilməsindən narahatdırlar: "5 ünvanı üzrə həyətdə 3 ədəd 9 mərtəbəli çoxbloklu, 1 ədəd 5 mərtəbəli yaşayış binası var. Həyət 4-bucaqlı formasında qapalıdır.
Yaşadığımız binalarda 300-dən artıq mənzil mövcuddur. Həyətdə ağacların kəsilməsinə etiraz etdikdə, tikinti şirkəti tərəfindən bu həyətdə 3 fin evinin sökülərək yerində hündürmərtəbəli bina tikiləcəyi bildirildi. Sakinlər aidiyyatı qurumlara ərizəylə müraciət etdi. Bu müraciətlərdən sonra həyətdə söküntü işləri dayandırıldı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ayrı-ayrı vaxtlarda həyətə gəldilər və bu həyətdə hündürmərtəbəli binanın tikintisinin tikinti norma və şəhərsalma qaydalarına zidd olduğunu bildirdilər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə ünvanladığı 1 may 2017-ci il və 16 may 2017-ci il tarixli məktublarda göstərilən həyətdə çoxmərtəbəli yaşayış binasının tikintisinin məqsədəuyğun olmadığı qeyd edilib. Ancaq buna baxmayaraq İbrahim Mehdiyev tərəfindən Yasamal rayonu, 568-ci məhəllə, Z.Xəlilov küçəsi, 30, 32, 34 saylı ünvanlarda sökülməsi nəzərdə tutulan qəzalı binaların yerində "ELİTE CİTY” MMC-ə 2 girişli yeni yaşayış binasının tikintisinə dair 21.06.2017-ci il tarixli 191 saylı sərəncam verilib.
Biz buna etiraz olaraq 31 nəfərin imzası ilə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin imzaladığı sərəncamın ləğvinə dair iddia qaldırmışıq. Aidiyyatı qurumlardan qanunsuz tikinti işlərinin aparılmasının dayandırılmasını, 300-ə yaxın ailənin yaşadığı həyətin abadlaşdırılmasını, yaşıllıqlar salınmasına göstəriş verilməsini xahiş edirik”.
"Qafqazinfo”
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi