26-07-2017 [12:00]
Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı danışıqlar aparması beynəlxalq hərbi-siyasi dairələrin əsas müzakirə mövzularından birinə çevrilib.
Ankara ilə Moskvanın hərbi sferada əməkdaşlığı və S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə çatdırılacağı ilə bağlı ən çox həyəcan keçirən ölkələrdən biri də ABŞ-dır.
Vaşinqtonla Ankara arasında onsuz da gərgin olan münasibətlər S-400 məsələsi ilə özünün diapazonunu genişləndirə bilər.
ABŞ-ın PKK-nın Suriya qanadı olan YPG-yə dəstək verməsi, Fətullah Gülənin Türkiyəyə ekstradisiya etməməsi fonunda Rusiya-Türkiyə hərbi əməkdaşlığının artması Ağ Evi narahat etməyə bilməz.
Bu yaxınlarda ABŞ Silahlı Qüvvələri qərargah rəislərinin Birləşmiş Komitəsinin sədriCozef Danford bu barədə ölkəsinin narahatlığını dilə gətirib. O, Rusiya-Türkiyə hərbi münasibətlərinin ABŞ-ı narahat etdiyinə eyham vurub.
"Türkiyə hələ ki, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almayıb. Əgər alsa idilər, bu, bizm üçün narahatlıq mənbəyi olardı. Amma Türkiyə belə bir silah almayıb” –Danford belə deyib.
S-400-lərin əvvəlki modifikasiyası olan S-200, S-300-lərdən istifadə edən NATO ölkələri var. Bu sistemlər Rumıniya, Bolqarıstan, Almaniyada var. Amma NATO ölkələrinin heç birində S-400 yoxdur.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, başçılıq etdiyi hərbi təşkilat alınacaq avadanlıqların öhdəliklərə uyğun olub-olmamasına diqqət edəcək. Bunun konkret detallarının nə olmasını deməyən baş katib "bu da mənim mesajımdır” deyərək üstüörtülü xəbərdarlıq ünvanlayıb.
Türkiyə mənbələri isə bildirir ki, ölkənin milli təhlükəsizliyinin gücləndirilməsinə ehtiyac olduğu üçün Ankara S-400 almağa qərar verib.
Bununla belə bu qərarın NATO-ya təhdid olmadığı bildirilir. Rusiya ilə Türkiyə müdafiə nazirlərinin imzasından sonra qüvvəyə minəcək bu razılaşmanın yerinə yetirilməsi iki mərhələdə olacaq. 2.5 milyard dollar qarşılığında alınacaq S-400-lərin birinci partiyası (2 ədəd) 2019-cu ildə Türkiyəyə veriləcək.
Bunun yerləşdirilməsindən sonra isə Türkiyə ilə Rusiyanın bu sistemi birgə istehsal edəcəyi gözlənilir.
Lakin bu müqavilənin konkret hansı tarixdə imzalanacağı bəlli deyil. Bununla belə, məlumdur ki, Türkiyənin ilkin mərhələdə əldə edəcəyi S-400-lərdən birinin bölüyündə 12 batareya var. Dolayısı ilə alınacaq S-400-lər 24 batareya 96 uzaq mənzilli raketdən ibarət olacaq. Hər bölüyün isə ayrıca radar mərkəzləri olacaq(modern.az).
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək