Bu gün ev alan jurnalistlərin siyahısı açıqlanacaq

img

19-07-2017 [10:00]


Bu gün Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binadan mənzil alacaq KİV əməkdaşlarının adları məlum olacaq.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir azdan siyahını elan edəcək.

Adları açıqlanacaq jurnalistlərə yeni mənzillər sabah - iyulun 20-də təqdim ediləcək.

Ölkə prezidenti adından ümumilikdə KİV əməkdaşlarına 255 mənzil hədiyyə olunacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR