ilham Əliyev YUNESKO-nun baz direktorunu qəbul edib

img

29-07-2010 [01:34]


Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı qəbul ediblər. YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qarşılayıblar. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın YUNESKO-nun baş direktoru xanım İrina Bokova ilə görüşü olub. Dövlət başçısı YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. Xanım İrina Bokovanın YUNESKO-nun baş direktoru kimi ilk səfərlərindən birini ölkəmizə etməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev onu bu yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik etmiş və fəaliyyətində uğurlar arzulayıb. Son zamanlar həyata keçirilən birgə işlərə toxunan dövlətimizin başçısı bu müsbət meyillərin davam edəcəyinə, Azərbaycan ilə YUNESKO arasında fəal əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Xanım İrina Bokova YUNESKO-nun baş direktoru kimi fəaliyyətinin əvvəlində ölkəmizə səfər etməsinin önəmini vurğulayıb. YUNESKO ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlığın olduğunu qeyd edən İrina Bokova rəhbərlik etdiyi təşkilatda YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya hamının çox böyük hörmətlə yanaşdığını deyib. O, Mehriban xanım Əliyevanın fəaliyyətinin mədəniyyət, musiqi, adət-ənənə, irs kimi ən əhəmiyyətli sahələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Prezident İlham Əliyev YUNESKO ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunaraq bu istiqamətdə mühüm planların olduğunu deyib. Dövlətimizin başçısı YUNESKO-nun baş direktorunun ölkəmizə səfərinin əməkdaşlığımızın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA