iki jurnalist iz bazında döyüldü

img

29-07-2010 [12:55]


İyulun 28-də pia.az saytının redaktoru Anar Gəraylı ?Yeni Müsavat? qəzetinin reportyoru Elmin Bədəlovla birgə Xəzər rayonunda yerləşən Şüvəlan qəsəbəsində məmurların villaları yerləşən məhəllədən reportaj hazırlayarkən, fiziki təzyiqə məruz qalıb. Villalardan birinin şəklini çəkmək istəyərkən mühafizəçilər tərəfindən fotoaparatı alınan Elmin Bədəlov əməkdaşımızla birlikdə bir neçə saat saxlanılıb. Sonradan nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu bilinən villanın mühafizəçiləri Elmin Bədəlova məxsus fotoaparatın yaddaş kartını çıxararaq, çəkilmiş şəkilləri siliblər. Bundan əlavə jurnalistlərlə kobud rəftar edərək, onlara fiziki təzyiq edən villanın mühafizəçiləri ?Yeni Müsavat? qəzetinin reportyoruna ağır bədən xəsarəti yetiriblər. Redaktorumuz və Elmin Bədəlov villanın mühafizəçilər tərəfindən bir neçə saat saxlanıldıqdan sonra, məlum obyektin sahibi olduğu deyilən şəxsin hadisə yerinə gəlməsi nəticəsində sərbəst buraxılıblar. Jurnalistlərə məxsus fotoaparatın yaddaş kartını sındıran mühafizəçilər onları buraxarkən bunun əvəzində 20 manat məbləğində pul veriblər və fotoaparat üçün yeni yaddaş kartı almağı ?tövsiyyə ediblər?. Sərbəst qaldıqdan sonra ?Yeni Müsavat? qəzetinin redaksiyasında halı pisləşən Elmin Bədəlovun vəziyyəti təcili tibbi yardım işçilərinin müdaxiləsi nəticəsində normallaşıb. Hadisənin araşdırılması ilə bağlı bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR