"Can Azərbaycan" televiziyasının təqdimatı keçirilib

img

03-08-2010 [01:02]


Bu gün dünya azərbaycanlıların televizisiyası kimi fəaliyyətə başlayan "Can Azərbaycan" (www.canaz.tv) televiziyasının təqdimatı keçirilib. 

Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təqdimat mərasimində kanalın Azərbaycan nümayəndiliyinin rəhbəri Ramiz Əsgər çıxışı zamanı bildirib ki, Azərbaycan diasporunun təşkili və gücləndirilməsi Azərbaycan dövlətinin əsas qayğılarındandır: "Canaz" TV-nin əsas məqsədi dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları bir ideya ətrafında birləşdirməkdir". 

"Canaz" TV-nin təsisçisi Camal Mehmethanoğlu bildirib ki, 2011-ci ilin yanvar ayından etibarən kanal peyk vasitəsilə yayımlanacaq: "Canaz" TV ümumilikdə siyasət işıqlandırmır, lakin Azərbaycan xalqının iki milli məsələsi, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız və Dağlıq Qarabağ münaqişəsi sona qədər "Canaz"- TV-nin əsas qayğılarından olacaq". 

Rəhilə Manafova

Digər xəbərlər
SON XƏBƏRLƏR