?Nə? Harada? Nə zaman?? üzrə Ermənistan çempionatının lisenziyası geri alınıb

img

28-07-2010 [01:25]


Bu ilin may ayında Azərbaycanın işğal olunmuş torpaqlarında ? Xankəndi şəhərində ?Nə? Harada? Nə zaman?? intellektual oyunu üzrə Ermənistan Respublikasının milli çempionatı keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu çempionat ?Nə? Harada? Nə zaman?? Klublarının beynəlxalq Assosiasiyasının rəsmi lisenziyası ilə keçirilib. Assosiasiyanın beynəlxalq hüququn pozulmasına göz yumması nəticəsində ?Nə? Harada? Nə zaman?? oyunu üzrə Ermənistan milli çempionatı Azərbaycan Respublikasının ərazisində keçirilib. Bununla əlaqədar, ?Atəşgah? İntelektual Oyunlar Klubu tərəfindən ?Nə? Harada? Nə zaman?? Klublarının Beynəlxalq Assosiasiyasına etiraz məktubu göndərilib. Assosiasiya rəhbərliyi və Assosiasiyanın Etik məsələlər üzrə komissiyası tərəfindən qəbul edilmiş qərara əsasən Ermənistan milli çempionatına verilmiş lisenziya geri çağırılıb və Beynəlxalq Assosiasiyanın komissiyalarına qeyd olunan çempionatın nəticələrinin tanınmaması tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA