Plastik əməliyayata girən tanınmız aparıcı ölüm təhlükəsiylə üzləzib

img

27-07-2010 [01:46]


Tanınmış teleaparıcı Elgiz Əkbər plastik əməliyyat olunmaq üçün Türkiyəyə yollanıb. Aparıcının yaxın dostlarından birinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, o qardaş ölkəyə burnunu kəsdirmək üçün gedib. Lakin əməliyyat elə də uğurlu alınmayıb: ?Elgiz türk dostu, Hayfı adlı müğənninin köməyi ilə Türkiyəyə burnunu kəsdirməyə və bir neçə gün istirahətə getmişdi. Amma əməliyyat uğursuz alındığından bütün istirahət planları pozulub. Hətta onun həyatı təhlükə altındadır. Çünki hazırda Elgiz koma vəziyyətindədir?. Elgizin yaxın dostunun dediklərinə inansaq, o yeni mövsümdən aparıcılıq edə bilməyəcək: ?Çünki hazırda onun sifəti pis vəziyyətdədir. Bəlkə də bu Azərbaycan şou-biznesində ən uğursuz əməliyyatdır?. Xatırladaq ki, İlhamə Quliyeva və Flora Kərimova arasında bir neçə il əvvəl baş vermiş məşhur ?qurd yağı? olayından sonra gündəmə gələn jurnalist Elgiz Əkbər ANS televiziyasının aparıcısıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA