"Qarabağ qəhrəmanları" silsiləsindən ilk film təhvil verilib

img

27-07-2010 [11:41]


?Salnamə? sənədli filmlər studiyasında ?Qarabağ qəhrəmanları? silsiləsindən ilk film təhvil verilib. ?Dostuma məktub? adlanan bu film Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunova həsr olunub. Gənc döyüşçünün yenilməz qəhrəmanlığından bəhs edən filmin ssenari müəllifi və rejissoru Yefim Abramov, operatoru Rüfət Süleymanovdur. Studiyadan bildirilib ki, bu silsilədən çəkilişləri artıq başa çatmış daha üç filmin montajına başlanılıb. Həmin filmlərin avqustun əvvəllərində təhvil verilməsi nəzərdə tutulub. Payızda isə ?Qarabağ qəhrəmanları? silsiləsindən növbəti iki filmin çəkilişlərinə start veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA