Müsavat Divanı Tapdıq Abbası cəzalandıra bilmədi

img

26-07-2010 [05:55]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb. Partiyadaxili məsələlər bölümündə bir sıra məsələlərlə yanaşı partiyanın Məclis üzvü, Mətbuat Şurası İdarə Heyətinin üzvü Tapdıq Abbasın Azərbaycan Milli Mətbuatının yaradılmasının 135 illik yubileyi münasibəti ilə keçirilən tədbirlərdə Heydər Əliyevin Fəxri Xiyabandakı məzarına əklil qoyma mərasimində iştirakı geniş müzakirə edilib. Çıxışlarda bu addımın yanlışlığı, onun Müsavat Partiyasının üzvü olmaqla bir araya sığmadığı dönə-dönə vurğulanıb, müxtəlif təkliflər səslənib. Divan Tapdıq Abbasın iclasdakı çıxışında bu hadisə ilə bağlı ifadə etdiyi səmimi etiraf və dərin peşmançılığı nəzərə alaraq ona xəbərdarlıq edilməsi ilə kifayətlənib. Divan eyni zamanda inandığını bildirib ki, Tapdıq Abbasa verilmiş bu partiya cəzası bütün müsavatçılara və demokratik düşərgənin üzvlərinə bir dərs olacaq. Tapdıq Abbas partiya Divanının verdiyi bu qərarla razılaşdığını, gələcək fəaliyyətində bütün bunları ciddi surətdə nəzərə alacağını bildirib. İctimai-siyasi məsələlər bölümündə Divan real müxalifət qüvvələrinin 31 iyul birgə etiraz aksiyasına hazırlığın və seçkilərdə birgə iştirakla bağlı məsləhətləşmələrin gedişini nəzərdən keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA