?Müxalifət seçkiyə deyil, məğlubiyyətə hazırlazır?

img

31-07-2010 [01:35]


?Seçkiyə az müddət qalsa da, proseslər çox sönük keçir. Hətta 2005-ci ildəki parlament seçkisi də bu prosesdən dəfələrlə səs-küylü idi?. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı parlament seçkilərinə hazırlıqla bağlı baş verən proseslərə münasibət bildirərkən deyib. Onun fikrincə, bu ilk növbədə müxalifət düşərgəsinin 2003-cü il prezident və 2005-ci il parlament seçkisindən sonra gördüyü işə nəzər salıb nəticə çıxarmaması ilə bağlıdır: ?Əksinə ötən müddət ərzində müxalifətdaxili mübarizə qızışdı, mənm-mənəmlik baş alıb getdi. Yaranmış bloklar dağıldı. Özünə lider adı verənlər yenidən iri və xırda partiya söhbətini ortaya atdılar. Və beləliklə də qarşıdan gələn parlament seçkilərinə hazırlıq gecikdi. Birlik ideyası seçkiyə 2-3 ay qalmış ortaya atıldı?. Bunun heç bir effekti olmayacağını deyən T.Abbaslı hesab edir ki, son həftələr bir sıra təşkilatlarda baş verən çalxanmalar əhalinin tükünü belə tərpətmir: ?Ola bilsin ki, üzvlər üçün bu proseslər maraqlıdır, amma bütövlükdə seçiciləri maraqlandırmır. Bunun bir səbəbi hakimiyyətin seçki prosesini tam nəzarətə götürməsi və deputat siyahısının əvvəldən bəlli olması ilə bağlıdır. Seçicilər bu prosesin məhz belə getdyindən xəbərdardırlar. Digər səbəb isə müxalifətə inamsızlıqla bağlıdır. Vətəndaşlarda belə bir rəy formalaşıb ki, müxalifət liderləri artıq xalqı deyil, özünü düşünür. Hesab edirəm ki, vətəndaşlar haqlıdırlar?. Bəs AXCP-Müsavat birliyi təklifinin ətrafında gedən prosesləri seçki fəallığı kimi qiymətləndirmək olarmı? sualına cavab verən T.Abbaslı bildirdi ki, proses ilk baxışdan belə görünür. Əslində mahiyyətində başqa məqamlar dayanır: ?Əslində bu maliyyə qaynaqlarına sahib çıxmaq uğurunda mübarizədir. Yenə xırdaları dışlamaq istəyirlər. Müsavat və AXCP funksionerlərinin açıq və müəyyən dairələrdə dilə gətirdikləri fikirlərdən də bunu başa düşmək olur?. Çıxış yoluna gəlincə, AİDP sədri hesab edir ki, seçkidə də müəyyən dairələr müxalifətin müəyyən üzvlərinə ?hədiyyə? olunacaq və düşərgə növbəti məğlubiyyətə uğradılacaq: ?Bir sözlə özünə ana müxalifət adı verənlər seçkiyə deyil ?hədiyyə?lərə və məğlubiyyətə hazırlaşır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA