Demokratiya Uğrunda ittifaqın Sədrlər Şurası toplanıb

img

26-07-2010 [02:06]


Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. DUİ Sədrlər Şurası 31 iyul 2010-cu il tarixində keçiriləcək etiraz aksiyasının təşkilati- texniki tərəflərini müəyyənləşdirib və müvafiq qərarlar qəbul edib. DUİ-yə daxil olan partiyalarla Müsavat Partiyası arasındakı son məsləhətləşmənin nəticələrini dəyərləndirən DUİ Sədrlər Şurası prosesin gedişini müsbət qiymətləndirərək, birlik istiqamətində fəaliyyətin təqdir olunması hqqqında qərar qəbul edib. DUİ Sədrlər Şurası seçkilərə hazırlıq vəziyyəti ilə bağlı müzakirələr aparıb, müvafiq qərarlar qəbul edib, eyni zamanda görülən işlərin təbliğinin gücləndirilməsi barədə razılıq əldə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA