YAP parlament seçkiləri ilə əlaqədar treninqlər keçirəcək

img

23-07-2010 [02:20]


"Hazırda parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarında seçki qərargahlarının yaradılması prosesi gedir". Bu barədə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov məlumat verib. S.Novruzov bildirib ki, ötən il bələdiyyə seçkilərində olduğu kimi bu dəfə də YAP seçki prosesində iştirak edən fəallar üçün treninqlər keçirəcək. Onun sözlərinə görə, treninqlər namizədlər üçün imza toplayanları, dairə və məntəqələrdə müşahidəçi təyin olunacaq şəxslər və s. əhatə edəcək. YAP İcra katibinin müavini qeyd edib ki, ilk öncə imza toplayacaq şəxslər üçün treninqlər keçiriləcək. Treninqlərin avqustun 15-dən başlanması nəzərdə tutulur. Bu tədbir partiyanın bütün yerli təşkilatlarını əhatə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA