Mətbu düzərgədə yeni narazılığın əsası qoyuldu: KiV Fondu və Mətbuat Şurasına qarzı sərt ittihamlar səslənir

img

23-07-2010 [06:33]


Milli Mətbuatın 135 illik yubileyi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı əsasında mətbuata ayrılan yardımlar mətbu düşərgədə ciddi narazılıq yaradıb. Buna səbəb müstəqil mətbuatın dövlət yardımından kənarda qalmasıdır. Narazılar ayrıseçkilik və qeyri-obyektivliyə yol verən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının rəhbərliyini ittiham edirlər. ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı Müstəqil İnformasiya Agentliyinə (mia.az) deyib ki, 135 illik yubiley tədbirləri və mükafatlar müstəqil mətbuatın məhvə sürükləndiyini bir daha təsdiqlədi: ?Bu, ölkədəki mətbuat adına müstəqil qurumların hamısının sıradan çıxarılmasına indekslənir. Müstəqil mətbuat kənarda qaldı. Bir neçə oliqarxın şəbəkəsinə daxil olan qəzetlər mükafatlandırıldı. Yəni, Azərbaycan mətbuatının son böyük təslim aktı dünən imzalandı?. Əvəz Zeynallı qeyd edib ki, Mətbuat Şurası müstəqil mətbuata qarşı 2000-ci ildə ləğv olunan Mətbuat və İnformasiya Nazirliyindən də daha amansız mövqe tutan bir dövlət qurumuna çevrilməkdədir: ?Cənab Prezidentin çıxışından da görünür ki, Mətbuat Şurasına nazirlik kimi baxır, səlahiyyətlər verir. 135 illik yubileydə bir daha aydın oldu ki, Azərbaycan iqtidarı və prezidenti 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyini ləğv etməyinin ciddi peşmançılığını çəkir. Bunun simasında onun yerinə Mətbuat Şurası kimi mətbuatdan uzaq, ciddi mətbuatı dəyərləndirməyən, əsla və əsla müstəqil mətbuatın dəstəyində olmayan bir qurum yaradıblar. Artıq Mətbuat Şurasını müstəqil mətbuatın dəstəkçisi kimi yox, onun başı üzərindəki domokl qılıncı kimi qiymətləndirmək lazımdır. Müstəqil mətbuata qarşı ən böyük təhlükə Mətbuat Şurasından gəlir?. Baş redaktor onu da bildirib ki, bu ayrı-seçkilik mətbuatda yeni bir mətbu dalğa yaradacaq: ?Ən dəyərli, ən önəmli kəsimlər bu ayrı-seçkiliyin ilk qurbanlarıdır. Bununla da Azərbaycan mətbuatında yeni bir dalğa başlanmalı və yeni qurumlar yaradılmalıdır?. ?Reytinq? qəzetinin baş redaktoru Afiq Mirzəbəyli isə deyib ki, KİV Fondunun və Mətbuat Şurasının yardım alan qəzetlərlə bağlı Prezident Administrasiyasına təqdim etdikləri siyahı müstəqil mətbuatın məhvinə hesablanıb: ?Əslinə qalsa, prezidentin mətbuatla bağlı təşəbbüsü müsbətdir. Amma KİV Fondunun rəhbəri Vüqar Səfərli ilə Mətbuat Şurasının sədri Əflatun Amaşovun tutduqları mövqe bu təşəbbüsə kölgə saldı. Mətbu orqanlar arasında ayrı-seçkilik qoyuldu. Bir neçə qəzet və informasiya agentliklərini çıxmaq şərti ilə, digər yardım alanların bu yardıma ehtiyacları yox idi. Digər tərəfdən, bu yardımın birbaşa hakimiyyətin tam nəzarətində olan mətbu orqanlara və görüntü naminə bir neçə müxalif qəzetə verilməsi müstəqil mətbuatın məhvinə hesablanıb. Burada açıq şəkildə haqsız rəqabət mühiti yaradılır. Dövlət vəsaiti hesabına iqtidar mətbuatı maliyyələşdirilir və onlar müstəqil mətbuatı sıradan çıxarmaq imkanı qazanırlar. Diqqət yetirsəniz gorərsiniz ki, son 5 ildə Azərbaycanda heç bir müstəqil mətbuat inkişaf etməyib. Əksinə, bu müddət müstəqil mətubatın zəifləməsi və sıradan çıxması ilə yadda qalıb. Bu isə o anlama gəlir ki, KİV Fondunun rəhbəri Vüqar Səfərli ilə Mətbuat Şurasının sədri Əflatun Amaşovun ?fəaliyyəti? ölkədəki az saylı müstəqil mətubatı sıradan çıxarmağa hesablanıb. Azərbaycan cəmiyyəti bunun acısını bir qədər sonra daha çox çəkəcək. Proseslər belə davam edərsə, qarşıdakı 5 ildə ölkədə müstəqil mətbuat tam sıradan çıxa bilər. Müstəqil mətbuat sıradan çıxdıqdan sonra isə müxalifət partiyalarına yaxın olan 1-2 qəzet də məhv olacaq. Bir sözlə, Mətbuat Şurasının və KİV Fondunun ?səyi? nəticəsində son illər müstəqil mətbuata, söz azadlığına ağır zərbə vuruldu və Milli Mətbuatımız aşağılandı?. ?Təzadlar? qəzetinin baş redaktoru Asif Mərzili isə ?yardım alan qəzetlər sırasında ?Reytinq? qəzetinin də adını görmək istərdik?,- deyib: ?Bu qəzet müstəqilliyini qoruyub saxlayır və yarandığı gündən yardıma ehtiyacı olan bir mətbu orqandır. Təbii, biz istərdik ki, ?Təzadlar? qəzeti də bu siyahıda olsun. Biz öz qəzetimizdə əvvəlcədən məlumat vermişdik ki, ötən illərdə olan standart siyahı yənə də təkrar olunacaq və dediyimiz kimi də oldu. Amma yenə də mətbuat öz müstəqilliyini qoruyub saxlamaq istəyirsə, heç kimdən yardım gözləməməlidir. Bizim ən böyük qazancımız müstəqilliyimizi və baş ucalığımızı ictimaiyyat və oxucu qarşısında saxlamaqdır. Bu gündən sonra da saxlayacağıq. Biz bütün ayrı-seçkiliyə qarşı etirazımızı bildiririk. Mətbuat Şurasının belə mövqeyi təqdirəlayiq deyil. Burada KİV Fondunun da rolu az deyil?. ?Poliqon? İnformasiya Agentliyinin rəhbəri Şahin Ağabəyli qeyd edib ki, dünən Azərbaycan mətbuatı müstəqilliyini tam olaraq itirdi: ?Mətbuat Şurası yarandığı gündən öz mahiyyətini itirib və Prezident Administrasiyası tərəfindən idarə olunan bir quruma çevrilib. Digər tərəfdən, mətbuatda heç bir kimliyi olmayan Vüqar Səfərlini, hakimiyyət, Azərbaycan mətbuatının siması olaraq ortaya çıxarıb. Bu insanlar müftəxorlardır və narahat olmasınlar, onların bütün kimliklərini ortaya çıxaracam. Artıq müstəqil mətbuatın hərəkatı başlanmalıdır. Azərbaycan mətbuatı dünən öldürülsə də, amma yeni bir müstəqil mətbuat hərəkatı başlandı. Özünü müstəqil hesab edən hər kəs bu prosesdə iştirak edəcək.?. ?Müxalifət? qəzetinin baş redaktoru Rövşən Kəbirlinin sözlərinə görə, jurnalistlərin bayram tədbirinə jurnalistləri dəvət etməməklə ən böyük sayğısızlığı etdilər: ?Hətta Vüqar Səfərli və Əflatun Amaşovun böyük oğlanları ilə həmyaşıd, eyni staja malik jurnalistləri tədbirə dəvət elədilər. Bu, məmurlar üçün təşkil olunmuş bir bayram idi. Yardımlara gəlinjə, ötənil bu barədə Əli Həsənova demişdim, o isə bu problemin gələn il həll olunajağını bildirmişdi. Lakin Əli Həsənov son zamanlar mafiozlaşmış şəxsə bənzəyir, nəinki Prezident Administrasiyasının məsul şəxsinə. Ayrılan yardım ?Azadlıq?, ?Yeni Müsavat?, ?Turan? İnformasiya Agentliyindən başqa digər bir tənqidçi mətbu orqana verilmədi. Mənim fikrimcə, bundan prezidentin xəbəri yoxdur. Prezident heç vaxt deməz ki, müxalifyönlü, tənqidçi qəzetlərə pul ayrılmasın. Bu məsələ iki-üç nəfərin ortaq biznesidir. ?Kim pul verirsə, o da musiqini sifariş edir?. Yəni, pulu Vüqar Səfərli verdiyi üçün, sifarişi də o diqtə edir?. Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd də mətbuata ayrılan yardımın ədalətsiz şəkildə verildiyini vurğulayıb. Onun sözlərinə görə, əslində yaranmış bu situasiya Mətbuat Şurasının, KİV Fondunun prezidentin onlara verdiyi səlahiyyətdən sui-istifadəsidir: ?Hesab edirəm ki, siyahıdan kənarda qalan müstəqil mətbuata bu şəkildə münasibət göstərmək əslində az-çox müstəqilliyini saxlayan media orqanlarının sıradan çıxarılmasına hesablanır. Müstəqil İnformasiya Agentliyi iki ilə yaxındır ki, fəaliyyət göstərir, amma bu günə kimi həm dövlətin ayırdığı yardımdan, həm də qrant müsabiqələrindən qərəzli şəkildə kənarda saxlanılır. Düşünürəm ki, müstəqil mediaya qarşı sərgilənən bu haqsız və qərəzli mövqeyə son qoyulmalıdır!?. Rəhilə MANAFOVA

Digər xəbərlər
SON XƏBƏRLƏR