Ağsuda kuryoz hadisə: saxta loto bileti təqdim edən kənarda qaldı, onu söyən cəzalandırıldı

img

03-10-2025 [11:13]


Ağsu şəhərində maraqlı hadisə baş verib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhər sakini M.Hüseynov Nizami küçəsində yerləşən lotereya biletlərinin satışı köşkündə işləyən 69 yaşlı V.Həmidova saxtalaşdırılmış bilet təqdim edərək 100 manat uduş əldə etdiyini deyib. Bileti götürən V.Həmidov bir qədər sonra onun üzərindəki rəqəmlərin saxta olduğunu görüb və M.Hüseynovun arxasıyca onu söyüb.

Bundan sonra tanışı Hüseynovla əlaqə saxlayaraq Həmidovun onu söydüyünü bildirib. Nəticədə həmin şəxslər arasında mübahisə baş verib.

V.Həmidovun ictimai yerdə uca səslə söyüş söyməsi ilə bağlı onun barəsində protokol tərtib edilib və aidiyyəti üzrə məhkəməyə göndərilib.

Bileti saxtalaşdırdığını etiraf edən M.Hüseynov imkanı olanda pulu geri qaytaracağını da söyləyib. V.Həmidov isə hər hansı xuliqanlıq əməli törətmədiyini bildirib.

Ağsu Rayon Məhkəməsinin qərarı ilə əməldə xəta müəyyən edilmədiyindən inzibati icraata xitam verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA