AiDP sədri jurnalistləri təbrik edib

img

22-07-2010 [04:55]


Azərbaycan İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı Milli Mətbuatın 135 illik yubileyi münasibəti ilə jurnalistləri təbrik edib. Təbrikdə deyilir: ?Bismilləhir rahmənir rahim. Milli mətbutımızın 135 illiyi münasibəti ilə bütün qələm əhlini və bu işdə hər növ yardımçı və zəhməti olanları təbrik edirəm. Fikir və düşüncələri əllərinə, əlləri qələmə, qələmi isə kağıza hakim olan əzizlərimiz, sizlərin milli mətbuat gününüz cəmiyyətimzin bütün təbəqələrini sevindirir desək yanılmarıq. Çünki xalqımızın və dövlətçiliyimizin görən gözü və danışan dilisiniz. Qayğıkeşliynizlə hamya yaxşı nümunə sərgiləyirsiniz. Daima xalqımızı maarifləndirmək üçün ayıq və agahsınız. Ölkəmizlə və xalqımizla bağlı xəbərləri ən tez eşidən və görən, ən gec yadından çıxarmağa çalışan, hər günü, hər saatı mütaliə ilə keçən, fikir və duşüncələri ilə azad və demokratik quruluş axtarışında olan, Qarabağın azadlığını arzulayan, dünyanı xalqımıza, xalqımızı dünyaya yaxin edən, yuxusuz gecələri çox, maddiyyatları az, həyatlari daima təhlukə ilə üzləşən və yaşayan işgüzar dostları görməmək, sevməmək və dəyərləndirməmək olmur. Saf qəlbli, geniş ürəkli, vətənpərvər və günümüzün hörmətli qəhrəmanları, sizlərə bu şərəfli işinizdə sabit qədəmlik, yüksək əhvali-ruhiyə, maddi-texniki təchizat, ciddi, pak və mənəvi həyat arzulayırıq. Sizdən təmənnamız yazilarınızda, mənsub olduğumuz dinimizi, böyük nemət bilib, əziz tutmaq, onu aşağılamadan qoruyub saxlamaqır. Mübarək Şaban ayıdır. Həzrəti peyğəmbərimizin (ə.s.) ayıdır. Uca Allah Təbarək Təala sizləri qorusun, yardımçınız olsun, sizlərin zəhmətinizi dəyərləndirsin və mükafatınızı versin.

Digər xəbərlər
SON XƏBƏRLƏR