ilqar Altay Türkiyə və israilin rəsmi zəxsləri ilə danızıqlara bazlayıb

img

22-07-2010 [02:42]


İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay ?Mavi Mərmərə? gəmisi ətrafında baş vermiş münaqişənin müstəqil araşdırmasına başlayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqalama verən İ.Altay Türkiyədə bir sıra görüşlər keçirdiyini deyib: ?Mavi Mərmərə insidentinin müstəqil araşdırması üzrə Istanbulda bir neçə gün iş apardım. Orada Istanbul Böyük Şeher Bələdiyyəsində, Istanbul AK Party Başqanlığında görüşlərim oldu. Qəzzaya yardım missiyasını təşkil etmiş IHH (Insan Hüquqlari Hüriyyeti) təşkilatında IHH rəhbərləri və zərərçəkmişlərin hüquqlarını müdafiə edən Məzlumlara Yardım Dərnəyinin Mavi Mərmərə gəmisində hadisənin iştirakçısı olmuş şəxslərlə görüşüb, məlumatlar aldım. Sonra hadisənin gəmidə olmuş şahidlərini, xəsarətlər almış yaralıları dinlədim və müayinə etdim. Bundan sonra bu hadisə ilə əlaqədar araşdırma aparan Istanbul Şehər Baş Prokurorluğunda olub, Baş Prokuror və cinayət işini aparan Icraci Prokurorla görüşdüb, müsahibə və lazımı məlumatlar götürdüm. Ümumiyyətlə, Türkiyə tərəfi bizim müstəqil araşdırmaya çox açıq və hörmətlə yanaşdı. Görek, Israil tərəfi necə yanaşacaq?. Türkiyədəki görüşlərdən sonra İstanbuldan Təl-Əvivə getdiyini vurğulayan İlqar Altay orada şəhər meri ilə görüşüb. Merlə görüşdən sonra isə Yerusəlimə gedib: ?Dünən İsrail Knessetində (Parlamentində) Khesset rəhbərliyindən olan deputatlarla görüşüb bu konflikt ətrafında söhbət etdim. Bu gün saat 2.30-da məni İsrail Xarici İşlər Nazirliyində qəbul edəcəklər və söz vermişdilər ki, lazımi informasiyalar almaq üçün hər cür yardım edəcəklər. Bu məsələdə sözsüz ki, İsrail-Azərbaycan Parlamentlərarası Qrupun sədri cənab Robert İlatovun təsirli köməyi var?. Tədqiqatçı sabah da bir sıra görüşlər keçirəcək: ?Sonrakı planım Aşdot Limanında olmaq və həbs edilmiş gəmilərə baxmaq, Israil tərəfdən aparılan istintaq komissiyasının üzvləri ilə söhbət etmək və hadisə zamanı yaralananlarla görüşüb, söhbət etdikdən sonra geriyə - İstanbula dönməkdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA