ümid Partiyasının funksioneri: ?Hakimiyyət seçkiöncəsi dairələri darmadağın edəcək?

img

28-07-2010 [01:19]


?Seçkilərə çox az bir vaxt qalmış iqtidar unikal bir metoda əl atacaq. Artıq Mərkəzi Seçki Komissiyası Sabirabad 63 saylı seçki dairəsini dağıtmağa hazırlaşır. MSK-dan dairəyə bildirilib ki, yaxın günlərdə 63 saylı dairənin əsas kəndlərindən olan Cavad, Əlicanlı, Həsənli və Zəngənə kəndlərindəki seçki məntəqələri ləğv edilərək 65 saylı Sabirabad-Saatlı-Kürdəmir dairəsinə birləşdiriləcək. Bu addımı MSK-dan onunla əsaslandırıblar ki, guya ?Seçki məcəlləsi?nin 29-cu maddəsinə görə, hər bir seçki dairəsi üzrə 40 min seçici proporsiyası gözlənilməlidir. Məhz qanunun bu tələblərinə əsasən hər 5 ildən bir dairələr üzrə seçicilərin 40 minlik kvotaya uyğunlaşdırılması həyata keçirilir?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Ümid Partiyasının iqtisadi siyasət komissiyasının rəhbəri, 63 saylı dairədən namizədliyini irəli sürməy ə hazırlaşan Razi Abasbəyli deyib ki, həyata keçirilən islahatlar seçkidən sonraya təsadüf etməlidir. ?Məhz ?Seçki məcəlləsi?nin müvafiq beş illik tələbinə uyğun olaraq dəyişikliklərin həyata keçirilməsi seçkilərdən sonraya təsadüf edir. Hesab edirəm ki, MSK-nın həyata keçirməyə çalışdığı bu dəyişikliklər qanun pozuntusu ilə yanaşı, həm də seçicilərə qarşı edilmiş böyük hörmətsizlikdir. Mən şəxsən Sabirabad rayonun Cavad kəndində anadan olmuşam. İki ildən çoxdur ki, Cavad, Əlicanlı, Zəngənə, Həsənli kəndlərinin camaatının problemləri ilə yaxından tanış olur, onlara gücüm çatan qədər dəstək verirəm. Bu camaat məni yaxşı tanıyır. Təxminən 7 minə yaxın seçicinin seçkilərə az bir vaxt qalarkən namizədsiz qoymaq, onları 65 saylı Sabirabad-Saatlı-Kürdəmir kimi qarışıq bir dairənin seçicisinə çevirmək yolverilməz haldır? deyə R.Abasbəyli bildirib. O qeyd edib ki, MSK belə bir qərar versə, o zaman adları çəkilən kəndlərin əhalisinin yekdilliklə seçkilərdə iştirak etməyəcəklərinə və bu kəndlərdə seçkilərin baş tutmayacağına indidən zəmanət verirəm. Bundan başqa baş verməsi gözlənilən bu mürtəce dəyişikliklə bağlı olaraq bütün beynəlxalq təşkilatlara müraciətlər edəcəyik. ?İndidən xəbərdarlıq edirəm ki, MSK belə bir yolverilməz dəyişikliyə getsə, o zaman Sabirabad rayonunun əsas seçicilərindən olan və kifayət qədər aktiv elektorat bu haqsızlığa qarşı qanunun icazə verdiyi bütün aksiyalardan istifadə etməklə mübarizə aparacaqlar? deyə R.Abasbəyli bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA