Xalq rəssamı Əzim Əzimzadənin əsərlərinin toplusu hazırlanır

img

22-07-2010 [12:05]


Bakıda yaradılan ilk ev-muzey Azərbaycanın Xalq Rəssamı Əzim Əzimzadəyə məxsusdur. Üzeyir Hacıbəyli, Sidqi Ruhulla, Mirzə Cəlil kimi görkəmli şəxsiyyətlərin qonaq gəlib saatlarla söhbətləşdikləri bu mənzildə 3 mindən artıq eksponat qorunub saxlanılır. Bu eksponatların çoxu rəssamın yaxınları tərəfindən ev-muzeyə təqdim olunub. Əzim Əzimzadənin ev-muzeyindən AzərTAc-a bildirmişlər ki, 1968-ci ildən fəaliyyət göstərən muzeydə bir sıra yeniliklər gözlənilir. Yaxın vaxtlarda buradakı əşyaların sırasına görkəmli rəssamın əsərlərindən ibarət yeni bir albom da əlavə olunacaq. Bu il həm də Azərbaycanın ilk Xalq Rəssamı Əzim Əzimzadənin 130 illik yubileyinin qeyd edilməsi ilə yadda qalacaq. Əlamətdar yubileyə muzeyin töhfəsi isə rəssamın 3 mindən artıq əsərinin yer aldığı toplu olacaq. Albom Azərbaycan, rus və ingilis dillərində təqdim ediləcək. Ev-muzeydə əsaslı təmir işlərinin aparılması da gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA