AMiP mətbuatın 135 illiyilə bağlı dəyirmi masa keçirib

img

21-07-2010 [04:46]


Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının müvəqqəti qərargahında ?Azərbaycan mətbuatı: tarixi ənənə və gerçəklik? mövzusunda dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, siyasi partiyaların mətbuat xidmətlərinin rəhbərlərinin, KİV nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masanı giriş sözü ilə açan AMİP-in mətbuat katibi Əli Orucov jurnalistikamızın 135 illiyi münasibətilə ölkə jurnalistlərini təbrik edərək ?Əkinçi? qəzetinin milli mətbuatın yaranmasındakı rolundan danışıb: ?Ayrı-ayrı siyasi quruluşların təzyiqlərinə məruz qalan Azərbaycan jurnalistikası çox keşməkeşli bir yol keçib. Bu gün müxtəlif çətinliklərə və problemlərə baxmayaraq, mətbuat xüsusi inkişaf mərhələsindədir. Müasir Azərbaycan mətbuatı ictimai fikirin formalaşmasında, vətəndaş cəmiyyətinin qurulmasında müstəsna əhəmiyyətə malikdir. Milli Azadlıq Hərəkatının qalibiyyətlə sonuclanmasında və Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşmasında mətbuatın müstəsna rol oynadığını vurğulayan partiya funksioneri milli mətbuatımızın öz ənənələrinə sadiq qaldığını, üzərinə düşən vəzifələrini şərəflə yerinə yetirdiyini qeyd edib:? Bu mənada mən baş redaktoru olduğum ?Millət? qəzetinin də adını çəkməyi özümə borc bilirəm?. Ə.Orucova görə, mətbuatın inkişafı ilə bağlı yaradılan Dövlət Dəstəyi Fondu heç bir ayrı-seçkilik salmadan mətbu orqanlara eyni gözlə baxmalıdır: ?Hesab edirik ki, mətbuata dəstək ədalətli olmalıdır?. ADP mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov da 135 il öncə ?Əkinçi? qəzetinin nəşrə başlamasını Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biri saydı: ?Maarifçilik ideyalarının yayılmasında xüsusi rolu olan ?Əkinçi? fəaliyyətə başlamaqla milli mətbuatın əsasını qoyub. Biz Həsən bəy Zərdabinin başlatdığı yolu şərəflə davam etdirməliyik. Bu gün Azərbaycan mətbuatı, jurnalistləri müxtəlif təzyiqlər altındadırlar, sıxıntılar içindədirlər. Buna baxmayaraq mübarizə davam etdirilməlidir?. Daha sonra çıxış edən müstəqil jurnalist Nicat Dağlar, AMİP-in funksioneri Rəşab Bayramov və digərləri Azərbaycan milli mətbuatının tarixi ənənələrindən və mövcud gerçəkliklərdən danışaraq, çıxışlarında daha çox medianın iqtisadi və siyasi asılılığını qabartdılar. Natiqlər mətbuatın inkişafı üçün öz təkliflərini irəli sürdülər. Dəyimi Masa müzakirələrlə davam etdirildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR