?Hədəf? informasiya Agentliyinin təqdimat mərasimi keçirilib

img

20-07-2010 [05:26]


Bu gün ?Hədəf? İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə çıxış edən agentliyin baş redaktoru Əsgər İbrahimov ölkədəki söz və mətbuat azadlığının vəziyyətindən danşıb. ?Hədəf?in direktoru Vüsalə Kərimova çıxışında bildirib ki, agentliyin əsas məqsədi obyektiv xəbər yaymaqdır: ?Ölkədə informasiya agentliklərinin çox olmasına baxmayaraq biz bu işə öz töhfəmizi verməyə çalışacağıq?. Mərasimdə iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov agentliyə uğurlar arzulayıb. Şura sədri agentliyin təqdimatının uğurlu vaxta təsadüf etdiyini də vurğulayıb. Qeyd edək ki, agentlik 2010-cu il may ayında dövlət qeydiyyatından keçib və iyun ayının əvvəlndən fəaliyyətə başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR