Şok olay! Futbolçu hakimi boğmaq istədi

img

20-07-2010 [03:54]


Çili çempionatının ikinci liqasında ilginc olay baş verib. Qol.Az-ın məlumatına görə, paraqvaylı müdafiəçi Xose Pedrozo komandası ?Reycers?in ?Konsepsion?a 0:3 hesabı ilə uduzduğu oyunda hakim Marsello Mirandanı boğmağa çalışıb. Pedrozo əvvəlcə ona qırmızı vərəqə göstərən hakimin boğazından yapışıb, sonra isə meydançada qovmağa başlayıb. Yalnız futbolçuların müdaxiləsindən sonra paraqvaylı oyunçunu dayandırmaq mümkün olub. Baş vermiş bu hadisədən sonra Pedrozo klubdan çıxarılıb. Futbolçu özə olaydan qətiyyən peşmançılıq hissi keçirmədiyini və vətəninə qayıtmağa hazırlaşdığını vurğulayıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA