DUi Müsavatla imzalanan niyyət protokolunun davamlı olacağını bəyan edir

img

19-07-2010 [03:14]


Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. DUİ Sədrlər Şurası bəyan edib ki, müxalifətin seçki öncəsi bir araya gəlməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərən siyasi ittifaq olaraq baş tutacaq birlikləri dəstəkləyir, eyni zamanda da vurğulamağı özünə borc bilir ki, ən optimal variant DUİ-Müsavat-AXCP siyasi qüvvələrinin birliyidir. Fərqli və lokal birliklər son nəticədə hakimiyyətin arqumentlərinin güclənməsinə,müxalifətin qüvvələrinin parçalanmasına, parlament seçkilərində bir neçə blokla iştirak etməsinə və bununla da milli demokratik müxalifətin birliyi istiqamətində davam edən proseslərin iflasına gətirib çıxara bilər. Bu milli maraqlara zərbə, qarşıdakı seçkilərin bundan əvvəlkilərin təkrarı olacağına səbəb olacaq. DUİ Sədrlər Şurası Müsavat partiyası ilə imzaladığı Niyyət protokoluna və məsləhətləşmələrdə əldə olunan razılıqlara sadiqliyini bir daha vurğulayır, müxalifətin bir araya gəlməsi istiqamətində səmimi fəaliyyətin davam edəcəyini qeyd edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA