Səbail rayon icra Hakimiyyəti Milli Mətbuat Günü ilə bağlı tədbir keçirdi

img

19-07-2010 [12:05]


Bu gün Azərbaycan Milli Mətbuatının 135 illiyi il bağlı Səbail rayon İcra Hakimiyyətində tədbir keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanda azad söz və azad mətbuatın inkişaf etdiyini bildirib. Ölkə başçısı tərəfindən mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərildiyini vurğulayan A. Əsgərov dünyada gedən proseslərin insanlara atdırılması baxımından mətbuatın böyük əhəmiyyətinin olduğunu qeyd edib: ?Bu sahədə mətbuatın üzərinə böyük iş düşür. Azərbaycan mətbuatında hərdən qərəzli yazılarla çıxış edən, ?reket? mətbuat da var. Amma bunların nə yazmasının əzəmiyyəti yoxdur və bunlara qarşı da elə jurnalistlər özləri mübarizə aparmalıdırlar?. A.Əsgərov ötən bir il ərzində Səbail rayon İcra Hakimiyyətinin mətbuatla davamlı işlədiyini vurğulayıb. İcra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İsrafil Kərimov bir il ərzində mətbuatla görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Respublikasının prezidenti yanında KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərov, İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də yubileylə bağlı çıxış ediblər. Tədbirin sonunda jurnalistlərə hədiyyələr təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR