Türkiyədə reper güllələndi - Konsertdə+ VİDEO

img

22-08-2025 [15:35]


Türkiyədə məşhur reper konsertdə güllələnib.

Mia.az NTV kanalına istinadla xəbər verir ki, hadisə Tekirdağın Hayrabolu rayonunda baş verib.

Məlumata görə, reper Çakal konsertin sonunda silahlı hücuma məruz qalıb: "Pərəstişkarının foto istəyini rədd etdiyi iddia olunan sənətçi verilişdən sonra səhnədən kranla enərkən tüfənglə ayağından vurulub. Xəstəxanaya çatdırılan Çakalın vəziyyəti yaxşıdır. O, əməliyyat edilib".

"tv100 Magazine Line"nin xəbərinə görə, hücum edən şəxsin Çakalın fanatıdır: "Reper onun foto çəkdirmək istəyini rədd etdiyi üçün belə hadisə yaşanıb. Fanatı həbs edillib,  araşdırma davam edir"

Ləman
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA