Elmar Hüseynov yad edilib

img

17-07-2010 [10:26]


Söz azadlığı tərəfdarları 2005-ci il martın 2-də qətlə yetirilmiş ?Monitor? jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsini yad ediblər. İyulun 17-si mərhum jurnalisin doğum günüdür. Elmar Hüseynovun qəbrini ziyarət edənlərdən ?Qanun? nəşriyyat evinin təsisçisi Şahbaz Xuduoğlu bildirib ki, ildən-ilə müstəqil jurnalistlər cərgəsi seyrəlir, söz azadlığına basqılar isə güclənir: ?Buna baxmayaraq, azadlıq dəyərlərinə sadiq olanlar çətinliklərə və hədələrə baxmayaraq, Elmarın yolunu davam etdirirlər. Amma bu hədələr gerçəkləşməyəcək?. Jurnalistin atası - Sabir Hüseynov oğlunun xatirəsini yad edənlərə təşəkkürünü bildirib. O, Elmarın qatillərinin layiq olduqları cəzanı alacaqlarına inandığını deyib. Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Cinayətin sifarişçiləri və icraçıları indiyədək tapılmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR