Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin ev-muzeyi açılacaq

img

16-07-2010 [03:31]


Azərbaycanda fəaliyyət göstərən elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin ev muzeylərinin sırasına yaxın vaxtlarda daha biri də əlavə olunacaqdır. Bakıda Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin ev-muzeyi açılacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, artıq dahi bəstəkara aid müxtəlif fondlarda saxlanılan materialların siyahısı tutulub. Yaxın günlərdə əldə olunan materialların toplandığı kataloq işıq üzü görəcək. Ümumilikdə böyük bəstəkarın ev-muzeyinə təqdim olunacaq eksponatların sayı 1000-dən çoxdur. Onların arasında sənətkarın əlyazmaları, məktubları, şəxsi kitabxanasından üzərində qeydləri olan kitabları, səs yazıları vardır. Muzeydə, həmçinin Qara Qarayevin baletlərinə çəkilmiş eskizlər sərgilənəcəkdir. Bundan əlavə, muzeyin yaradılması ilə bağlı ölkəmizdən kənarda da bəstəkarın irsinin araşdırılması istiqamətində iş aparılmış və xeyli material toplanmışdır. Artıq Moskvadakı Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən Qara Qarayevə aid sənədlər, bəzi əlyazmalar, sənətkarın çəkdiyi fotoşəkillər ölkəmizə gətirilmişdir. Qara Qarayevin ev-muzeyində Sankt-Peterburq teatrından əldə olunan tamaşaların afişaları, musiqilərin not əlyazmalarının surətləri, səs yazıları, fotoşəkillər də öz yerini tutacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA