“Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri Ramiz Əzizbəyli ilə bir arada - FOTO

img

31-05-2017 [19:45]


"Beynəlxalq Əlillər Cəmiyyəti”nin (BƏC) sədri Tahir Xudiyev, BƏC-in Mətbuat Xidmətinin rəhbəri, şair Rauf İlyasoğlu, BƏC-in üzvü, 2-ci qrup əlil Ənvər Məmmədxanlı Azərbaycanın tanınmış kino rejissoru və aktyoru, Azərbaycanın xalq artisti, professor Ramiz Əzizbəylini ziyarət ediblər. 

Bu barədə təşkilatdan Mia.az-a verilən məlumata görə, uzun müddətdir xəstə olan Ramiz Əzizbəyli ilə görüşdə Güney Azərbaycanının Zəncan şəhərindən gəlmiş şair Rza Dejban Əlfiyad oğlu da iştirak edib.

O, Güneyli qardaşlarımızın salamını və böyük sayqılarını çatdırmış, həqiqətən də xalqın sevimlisi olan Ramiz müəllimlə bu görüşün onun üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Ramiz müəllim müəllifi olduğu "Cızma-qaralar” kitabını avtoqrafı ilə qonaqlarına hədiyyə etmişdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR