Azərbaycanlı jurnalist Parisdə yerləzən yerli və beynəlxalq media qurumları ilə görüzlər keçirir

img

15-07-2010 [02:12]


Bu gün Fransada yaşayan azərbaycanlı jurnalist Elnur Məcidlinin Parisdə yerləşən yerli və beynəlxalq media qurumları ilə görüşləri başlayır. Keçiriləcək görüşlərdəki əsas müzakirə predmeti, Qafqazda və Azərbaycanda media işçilərinin təhlükəsizliyi, regiondakı mətbuatın hazırkı vəziyyəti, media ilə bağlı yaranmış probləmlər və həlli yolları və s. olacaq. Bu gün ilk olaraq Avropanın 10-dan çox ölkəsində gündəlik olaraq yayınlanan "Metro" qəzetinin Parisdəki ofisindəki görüşlərdən sonra Elnur Məcidli, Jurnalistlər Evinin Direktoru (http://www.maisondesjournalistes.org/contacts.php) Filip Spino (PhilippeSpinau) ilə görüşəcək. Sabah isə beynəlxalq media təşkilatlarından biri olan Sərhədsiz Reportyorlar İnstitunun (rsf.fr) Parisdəki baş ofisində təşkilatın Avropa bürosunun rəhbəri Elsa Vidal ilə görüşdə isə əsasən media azadlıqları və jurnalist haqqları ilə bağlı geniş müzakirə olacaq. Daha sonra Elnur Məcidli, Fransa senatında akreditasiyadan keçmiş yerli və xarici jurnalistlərlə bir araya gələrək fikir mübadiləsi aparacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR