?Azərbaycan mətbuatının siması üzdən Vüqar Səfərliyə, gözdən Əflatun Amazova, saçından Umud Rəhimoğluna oxzayır?

img

24-07-2010 [03:00]


[b]Etibar Cəbrayıloğlu: ?Yaxşı ki, Əflatun Amaşovu Mətbuat Şurasının sədridir. O bilik, bacarıqla, doğum evinin baş həkimi olsaydı, bir sağlam uşaq dünyaya gəlməzdi?[/b] Mətbuat günü geniş şəkildə qeyd edildi. Bayram ərəfəsində bir qrup mətbuat nümayəndəsi, ayrı-ayrı qəzetlər, informasiya agentlikləri mükafatlandırıldı. Cəmiyyətdə mükafatlandırmaya münasibət birmənalı deyil. Bir neçə gün ötməsinə baxmayaraq bununla bağlı müzakirələr aparılır. Tanınmış jurnalist, ?Ədalət? qəzetinin yazarı Etibar Cəbrayıloğlunun da bu müzakirəyə qoşulmasını istədik. Müstəqil İnformasiya Agentliyinə müsahibə verən E.Cəbrayıloğlu da narazıları haqlı sayır. [b]- Müstəqil mətbuatın 135 illik yubileyi oldu. Sizcə bu layiqincə qiymətləndirildimi?[/b] - Əvvəla mətbuatda çalışan dostlarımı, həmkarlarımı bayram münasibəti ilə təbrik edirəm. Mükafatlandırmaya gəlincə təbii ki heç bir cəmiyyətdə ideal mükafatlandırma olmur. Hər zaman razı və narazı tərəflər tapmaq mümkündü. Tam obyektivliyi təmin etmək çətin məsələdi. Azərbaycan kimi ölkədə isə bu ikiqat çətindir. Mükafata layiq olan dostlarıma uğurlar arzulayıram. Bu mükafatlara layiq olmayanları isə öz vicdanlarına buraxıram. Belə adamların adını siyahıda görəndə yadıma xalq artisti Habil Əliyevin Ədalət Şükürova dediyi söz yadıma düşdü. Ədalət Şükürov Habil Əliyevə deyir ki, Habil bəy, dövlət mənə əməkdar artist adı verdi. Habil Əliyev ona maraqlı cavab verir, deyir a bala, dövlət verdi, sən də utanmadan götürdün... [b]- Məsələ mükafat alanlarda deyil, verənlərdədir. Sizcə ədalətsizliyi, qeyri-obyektivliyi kimlər yaradır?[/b] -Mükafat alanların adları məlumdur. Mükafatı verənlərin adları açıqlanmasa da cəmiyyət bunların kimlər olduğunu bilir. Mətbuat günündən bir müddət əvvəl sizin qəzetin sorğusunna cavab olaraq demişdim ki, şəxsən özüm üçün bu mükafatlandırmadan heç nə gözləmirəm. Heç bir jurnalist təşkilatı, heç bir redaksiya, heç bir mətbuatla yaxında və uzaqdan əlaqəsi olan adam deyə bilməz ki, Etibar Cəbrayıloğlu mükafat almaq üçün kimdənsə xahiş edib və ya kiminsə yanına adam göndərib. Görməli adamlar mən hündürlükdə adamı görmürlərsə bu onların gözlərindəki problemlə bağlıdır. Onların gözünə görünmək üçün niyə əyilməliyəm axı? İndi elə bir zamandır ki, əyilmək istəyəni tez... [b]- Mükafatlandırma ilə bağlı siyahı açıqlanandan sonra ittiham olunan tərəf adamlar Mətbuat Şurasının, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyidir. Sizdə bununla razısz?[/b] - Ataların yaxşı sözü var, uman yerdən küsərlər. Jurnalistlərin doğma bildiyi bu təşkilatlardır. Bu səbəbdən onlardan narazıdırlar. Amma mən həmin təşkilatların heç birindən heç bir şey ummuram. Təşkilatların heç birinin qapısınıda, rəhbərlərinidə tanımıram və tanımaqda istəmirəm. Həmin təşkilatlara rəhbərlik edənlərin bəzilərinin Azərbaycan mətbuatında heç bir cümləsi dərc olunmayıb. Əflatun Amaşov adlı bir adam Mətbuat Şurasının başına gətirilirsə, əməkdar jurnalist layiq görülürsə, ömrünü mətbuata həsr edən insanlar niyə incəməsinlər? Hakimiyyətə təşəkkür edirəm ki, Əflatun Amaşovu məhz Mətbuat Şurasının rəhbəri gətiriblər. O bilik, bacarıqla, doğum evinin baş həkimi olsaydı bir sağlam uşaq dünyaya gəlməzdi. Yazıçı Arkadi Davidoviçin yaxşı bir sözü var - ?Dəhşətlisi odur ki, sən özün bilirsən İudasan, amma səni İsa Məsih qiymətinə satırlar?. Əflatun Amaşov kimi İudanı cəmiyyətə İsa Məsih kimi sırımaq istəyirlər. Bu isə gələcəkdə böyük faciələrlə nəticələnəcək. [b]-Uzun illər mətbuatda çalışan jurnalist kimi Azərbaycan jurnalistikasının simasını necə görürsünüz?[/b] -Azərbaycan mətbuatının siması üzdən Vüqar Səfərliyə, gözdən Əflatun Amaşova, saçından Umud Rəhimoğluna oxşayır. [b]-Azərbaycan mətbuatı belə bir simayla hara gedir?[/b] -Hesab edirəm ki, Azərbaycan mətbuatı getmir, daha çox qayıdır. 12-13 il bundan əvvəl ?Press-fakt? , ?Bu gün? qəzetlərinin tərtibatlarını indiki qəzetlərlə müqayisə edəndə adamı ağlamaq tutur. O zaman həmin qəzetlərdə hansısa bir müsahibin pasport şəklini çap etsəydin baş redaktorlar Məqsəd Nur, Nəsib İsmayılov həmin gün adamı işdən azad edərlər.İndi hansı qəzeti açsan ancaq pasport şəkilləridir. Ona görə deyirəm ki, mətbuatımız daha çox geriyə gedir. Mətbuatın əlində imkan varsa araşdırsın, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan sonra hansı qəzetin çap keyfiyyət dəyişikliyi olub, hansı qəzet özünə mətbəə ala bilib? Hansı jurnalistin yalan barmağına dərman qoyulub? Yaxud da hansı bir jurnalistin iş şəraiti yaxşılaşıb? Bəs onda nəyə yaranıb? [b]- Mətbuat günü ərəfəsində bəzi qəzetlərədə birdəfəlik maliyyə yardımı ayrıldı. Təəssüf ki,bu bölgüdə həftəlik qəzetlərə qarşı haqsızlıq oldu. Bunu necə izah edərdiz?[/b] - Mətbuatı uzun illər izləyən oxucular bilir ki, əvvəllər çoxlu həftəlik qəzetlər dərc olunurdu. Çox təəssüf ki, həftəlik qəzet bazarının meydanı daralıb. İndi onları barmaqla saymaq olar. Belə ayrı-seçkilik, ögey münasibət ümumiyyətlə həftəlik qəzetlərin sıradan çıxarılmasına yönəlib. Azərbaycan mətbuatında ?Reytinq? qəzetinin xüsusi bir yeri var. ?Reytinq?-in siyahıdan kənarda qalması özü də ədalətsizlikdir. Necə ola bilir ki, heç kimin tanımadığı, ictimai fikirə təsir etmək gücündə olmayan ?Mövqe? adlı qəzetə maliyyə yardımı göstərilir, ?Reytinq? isə kənarda qalır? ?Mövqe?-də ictimaiyyatı maraqlandıran, oxucunun diqqətini cəlb edən beş-altı yazı çap olunubsa qoy məni Mətbuat Şurasının qarşısında assınlar. [b]Rəhilə MANAFOVA [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR