?Rafiq Babayev mövzudan improvizə? adlı kitabının təqdimatı keçirilib

img

15-07-2010 [12:58]


Dünən Accessbank-ın maliyyə dəstəyi ilə Caz Mərkəzində Azərbaycanın musiqi sənətinin inkişafına dəyərli tövhəsi olan Azərbaycanın Xalq Artisti Rafiq Babayevin xatirəsinə həsr olunmuş gecə və bəstəkarın qızı Fərizə Babayevanın müəllifi olduğu ?Rafiq Babayev mövzudan improvizə? adlı kitabının təqdimatı təşkil edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, gecəni tanınmış jurnalist Rahib Azəri açaraq öz ürək sözlərini onun qızına, ailəsinə və ora təşrif buyuran qonaqlara bildiridi. Rahib Azərinin fikrincə, bir sıra mükafatlar laureatı olan Rafiq Babayevin ölkəmizdə caz sənətinə marağın yaradılması və onun inkişafında rolu əvəzsizdir: ?Çox saylı caz kompozisiyalarının, pyeslərin, mahnıların, bir sıra xalq mahnılarının aranjımanının, iyirmidən artıq kinofilm üçün mahnıların bəstəkarı olan Rafiq Babayev adları çəkilən xidmətlərinə görə 1993-cü ildə Azərbaycanın Xalq Artisti fəxri adına layiq görülüb. Rafiq Babayevin improvizə etdiyi mahnılar çoxdur və hər kəs tərəfindən sevilərək dinlənilir. Rafiq Babayev və Vaqif Mustafazadənin cazz sənətində rolu danılmazdır. O əsrarəngli musiqi sanki insanı cazzın sirli dünyasında qərq etdirir. Bu insanların ifa etdiklər cazz onların iç dünyasının necə zəngin və təkrar olunmaz olduğunun ifadə edir. Mən bu insanların adlarını bilərəkdən qoşa çəkdim. Çünki bu gün onların ailəsinə yaxın olan insanların köməyi vasitəsilə ərsiyə gəlmiş bu kitabın içərisindəki əksər yazılar məhz Vafiq Mustafazadəyə də aiddir. Əvəz olunmaz cazz musiqisinin ifaçısı, Azərbaycanın mədəniyyət xadiminin həyat və yaradıcılığından bəhs edən bu kitab artıq cazz sevərlərin ixtiyarındadır?. Sonra bəstəkarın qızı Fərizə Babayeva atasının yaradıcılığı və kitabın işıq üzü görməsi haqqında öz təəssüratlarını qonaqlarla bölüşdü. Gecədə Salman Qəmbərov, Cəmil Əmirov, Elçin Şirinov və Ruslan Hüseynov kimi cazz ifaçıları Rafiq Babayevin sənət əsərlərini ifa etdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA