Baz redaktorların məhkəmə çəkizməsini ekspertiza arazdırır

img

14-07-2010 [02:22]


?Xural? qəzetinin baş redaktoru yenə də məhkəmə qarşısındadır. Baş redaktor Əvəz Zeynallı Müstəqil İnformasiya Agentliyinə bildirib ki, hazırda ona qarşı iki iddia qaldırılıb. Onun sözlərinə görə, iddilardan biri xüsusi ittiham qaydasında şikayət, digəri isə mülki qaydada iddia ərizəsidir: ?Xüsusi ittiham qaydasında Rauf Arifoğlunun qaldırdığı iş mənim ?Millətim? qəzetinə verdiyim müsahibədə Rauf Arifoğlu haqqında işlətdiyim sözlərlə bağlıdır. Bu məhkəmə işi iyulun 2-də mənim vəsatətimlə ekspertizaya göndərilib. Ekspertiza həmin mətndə şərəf və ləyaqətin təhqirinin olub-olmaması barədə rəy verəcək. Mülki qaydada olan işlə əlaqədar isə 19 iyulda hazırlıq iclası keçiriləcək. Bu iş 7 ay bundan əvvəl yazılmış İlham Rəhimov haqqında bir yazı ilə bağlıdır?. Baş redaktor onu da bildirib ki, məhkəmə hər iclasda barışıq təklif edir: ?Müəyyən dostlar da bizim barışmağımız üçün səy göstərdilər. Barışıq üçün mən tərəfdən heç bir problem yoxdur. Mən problem yoxdur dedikcə, Rauf Arifoğlu özünü naza qoyur. Bizim barışma məsələmiz hələ ki gündəmdə deyil. Rauf Arifoğlu naz etməkdən çəkilsə, reallıqla barışsa, yəqin ki, biz də barışarıq?. Ə.Zeynallı qeyd edib ki, Azərbaycan böhtana görə cinayət məsuliyyətinin ləğvi ilə bağlı ATƏT qaşısında öhdəlik götürüb: ?Baxmayaraq ki, mən, Rauf bəyə böhtan atmamışam, amma bu öhdəliyi çox önəmli sayıram. Çünki bu öhdəlik mətbuatının inkişafına təkan vermiş olacaq?. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR