Gənclər Koalisiyası ?Ekologiya ili? çərçivəsində həyata keçirdiyi müsabiqə baza çatıb

img

14-07-2010 [12:16]


?EKO -2010 ?Gənclər Koalisiyası ?Ekologiya ili? çərçivəsində həyata keçirdiyi silsilə tədbirlərin davamı olaraq 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar elan etdiyi Jurnalistlərin məqalə müsabiqəsi artıq yekunlaşıb. Yaxın vaxtlarda qaliblərin adları açıqlanacaq. Müsabiqə qalibləri ?EKO - 2010? Gənclər Koalisiyasının ?Yaşıl Turizm Hədəfimizdir? adlı layihəsi çərçivəsində iyul ayının 26?dan başlayaraq Xaçmaz Rayonu, Nabran Qəsəbəsi, ?Palma İstirahət Mərkəzin?də ?Jurnalistlərin Yay Məktəbi?-də iştirak edəcəklər. Qeyd edək ki, məqalə elan olunduğu gündən Jurnalistər müsabiqədə aktiv iştirak etmişdir. Hal-hazırda müsabiq qaliblərini müəyyənləşdirnmək üçün yaradılan komissiyaya 31 məqalə təqdim olunub. Müsabiqədə aşağıdakı istiqamətlər üzrə məqalələr qəbul edilib: 1.Heydər Əliyev irsi və Azərbaycanda ekoloji siyasət. 2.Ekologiyanın qorunmasında və ekoloji təbliğatda KİV-lərin rolu. 3.Ekologiyamızı qoruyaq: hər yeni fikir, hər yeni ideya bizi uğura daha da yaxınlaşdırır. Məqalə müsabiqəsi İyulun 10-da yekunlaşıb. Qalib gəlmiş jurnalistlər eyni zamanda ?Jurnalistlərin Yay Məktəbi?nin təşkil olunduğu müddətdə həmin regionda ətraf mühitlə, ekologiyanın qorunması ilə bağlı aparılan işlərlə yaxından tanış olacaqlar, aparılan müşahidələr əsasında regionda ekoloji vəziyyət müzakirə obyekti olacaq. Və iştirakçı jurnalistlər müvafiq mövzularda yazılar hazırlayacaq və həmin yazılar jurnalistlərin çalışdıqları mətbuat orqanında nəşr olunacaq. Bu da ?Yaşıl Turizm Hədəfimizdir? layihəsinin ən vacib şərtlərindən biridir. Qeyd edək ki, ?Eko ? 2010? Gənclər Koalisiyasının həyata keçirdiyi layihələrə ?Mətanət A? Şirkəti, ?Azpetrol? Neft Şirkəti və ?Millennium Turizm? Şirkəti dəstək göstərir. Qeyd olunan şirkətlər həmdə ?Eko ? 2010? Gənclər Koalisiyasının üzvləridir. ?Eko ? 2010? Gənclər Koalisiyasının həyata keçirdiyi layihələrə AZADİNFORM İnformasiya Agentliyi, SƏS İnformasiya Agentliyi informasiya və RİANOVOSTİ İnformasiya Agentliyi, dəstəyi göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR