Rəzad Sadıqov ?Portadaun?la oyun öncəsi problemlə üzləzdi

img

13-07-2010 [02:42]


?Qarabağ? klubunun liderlərindən olan Rəşad Sadıqov iyulun 15-də Şimali İrlandiyanın ?Portadaun? klubuna qarşı keçirilən Avroliqanın ikinci təsnifat mərhələsinin ilk matçını buraxa bilər. Bu haqda Qol.Az-a ?Qarabağ?ın direktoru Əmrah Çəlikəl məlumat verib. Onun sözlərinə görə, Makedoniya ?Metallurq?u ilə iyulun 8-də keçirilmiş görüşdən sonra Rəşad Sadıqov da bel ağrıları başlayıb. Qeyd edək ki, bu ağrılar R.Sadıqov üçün xroniki hesab olunur. Ə.Çəlikəl Rəşadın bir neçə gündür fərdi məşqlər etdiyini söyləyib: ?İndidən Rəşadın bu oyunda yüz faiz iştirak edəcəyini deyə bilmərəm?. Qeyd edək ki, ?Qarabağ?da albaniyalı müdafiəçi Ansi Aqoli də zədəlidir. Bu səbəbdən o, qarşıdakı oyunu buraxmaq məcburiyyətində qalacaq. Cəzalı durumda olan daha bir müdafiəçi Admir Teli də iyulun 15-də keçiriləcək qarşılaşma da iştirak etməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA