Milli Məclis aparatının əməkdazları TüRKSOY-da olublar

img

10-07-2010 [11:24]


Türkiyə Böyük Millət Məclisi və Azərbaycan Milli Məclisi arasında əməkdaşlığa dair protokol çərçivəsində Ankarada təlim proqramında iştirak etmiş Milli Məclis aparatının əməkdaşları TÜRKSOY təşkilatının baş ofisində olublar. TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş və Azərbaycan Mədəniyyət Nazirliyinin bu təşkilatdakı təmsilçisi Elçin Qafarlı türk dünyası mədəni irsinin öyrənilməsi və əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlər barədə qonaqlara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan təşkilatın bütün tədbirlərində fəal iştirak edir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin TÜRKSOY-un fəaliyyətinə verdiyi yüksək qiymətlə bağlıdır. Türkdilli Ölkələrin Parlamentlər Assambleyasının (TürkPA) nümayəndəsi Kürşad Melih Sarıarslan qeyd edib ki, Azərbaycan Milli Məclisinin əməkdaşlarının bu səfəri Türk Əməkdaşlıq və İnkşaf Agentliyinin (TİKA) dəstəyi ilə həyata keçirilir. Türk dünyası ölkələrinin daha sıx əməkdaşlığına nail olmaq üçün TürkPA müxtəlif mədəniyyət layihələrinin həyata keçirilməsində TÜRKSOY ilə əməkdaşlığı gücləndirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA