Ədalət Partiyası seçkidə yeniliklər etmək niyyətindədir

img

10-07-2010 [12:55]


Ədalət Partiyası qarşıdan gələn parlament seçkilərində partiya şəklində iştirak etməyi qərarlaşdırıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli hansısa qüvvə ilə əməkdaşlığı da tamamiylə istisna etmir. Hazırda deputatlığa namizədlərin müəyyənləşməsi prosesini davam etdirdiklərini deyən M.Rəhimli yaxın günlərdə hazırlıq işlərini başa vuracaqlarını bildirib. Ədələt yetkilisi onu da vurğulayıb ki, hər bir seçki prosesində müəyyən yeniliklər olur. Onun sözlərinə görə, Ədalət Partiyası da bu yeniliklərdən bəhrələnmək niyyətindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA