UEFA ?Qarabağ?ın ?Portadaun?la oyununun yerini dəyizdirdi

img

09-07-2010 [03:35]


UEFA Şimali İrlandiyanın ?Portadaun? və Ağdamın ?Qarabağ? klubları arasında Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununun yerini dəyişdirib. Bu haqda Qol.Az-a ?Qarabağ?ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, UEFA-dan kluba daxil olan faksda bildirilib ki, adları çəkilən komandalar arasında ilk oyun nəzərdə tutulduğu kimi Bakıda deyil, Şimali İrlandiyada keçiriləcək. Xatırladaq ki, ?Qarabağ?ın ?Portadaun?la ilk görüşü iyulun 15-də Bakıda keçirilməliydi. Lakin həmin gün avroliqadakı digər təmsilçimiz ?Bakı? da ilk oyununu öz meydanında keçirdiklərindən meydançanın dəyişdirilməsi zərurəti yaranmışdı. Çünki hər iki klub UEFA-ya göndərdiklərini sifariş vərəqələrində doğma meydanı kimi Respublika stadionunu göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA