Dünya zöhrətli cazmen Al Cero Qəbələdə konsert proqramı ilə çıxız edəcək

img

09-07-2010 [02:59]


İyulun 25-dən avqustun 5-dək Azərbaycanın Qəbələ şəhərində Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə Pianoçuların II Beynəlxalq Festivalı keçiriləcək. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli AzərTAc-a bildirib ki, ötənilki tədbirdən fərqli olaraq bu il festival çərçivəsində müsabiqə keçirilməyəcək. O vurğulayıb ki, dünya şöhrətli musiqiçi, cazmen Al Cero festivalda konsert proqramı ilə çıxış edəcəkdir. Onun Qəbələ festivalı çərçivəsində konserti iyulun 27-də olacaq. Festival çərçivəsində iyulun 25-də Xalq Artisti Fərhad Bədəlbəyli və Əməkdar Artist Murad Adıgözəlzadənin birgə konserti olacaq. Beynəlxalq musiqi bayramının proqramına uyğun olaraq Rusiyanın məşhur pianoçusu Boris Berezovskinin konserti də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA