Əbülfəs Qarayev mədəniyyətdən yazan jurnalistləri mwkafatlandırdı

img

09-07-2010 [02:55]


İyulun 9-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ?Mədəniyyət? qəzetinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu mövzuda yazan jurnalistlər arasında keçirdiyi müsabiqənin qaliblərinin mükafatlandırılmasına və milli mətbuatımızın 135 illiyinə həsr edilmiş tədbir keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə KİV-lərın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən danışıb. Tədbirdə digər çıxış edənlər də milli mətbuatımızın dünəni və bu günü haqqında fikirlərini bölüşüblər. Sonra müsabiqənin qaliblərinə fəxri fərman və pul mükafatları təqdim edilib. Müsabiqənin qalibləri sırasında AzərTAc-ın əməkdaşları Ağaqulu Niftəliyev və Abdulla Suvar da vardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA